XLORİD VƏ SULFATLARIN NORMADAN ARTIQ OLDUĞU AŞKARLANDI
ERMƏNİSTANIN MƏŞHUR MİNERAL SUYU RUSİYA BAZARINDAN YIĞIŞDIRILIR
Rusiyada Ermənistanın “Cermuk” markalı mineral suyunun idxalı və satışı dayandırılıb.
APA-nın Moskva bürosunun məlumatına görə, bu barədə “Rospotrebnadzor” açıqlama yayıb.Qurum bildirib ki, aparılan yoxlamalar zamanı mineral suyun tərkibində bikarbonat ionlarının, xloridlərin və sulfatların yüksək səviyyədə olduğu müəyyən edilib. Qeyd olunub ki, bu hal məhsulun müalicəvi xüsusiyyətləri ilə bağlı istehlakçılarda yanlış təsəvvür yarada və sağlamlığa mənfi təsir göstərə bilər.Açıqlamaya əsasən, müvəqqəti sanitariya tədbiri yalnız müəyyən istehsal tarixlərinə aid məhsullara şamil olunur.




