GÜNDƏLİK XƏRC TƏXMİNƏN 1 MİLYARD DOLLARA ÇATIB
GÜNDƏLİK XƏRC TƏXMİNƏN 1 MİLYARD DOLLARA ÇATIB
ABŞ İRANLA MÜHARİBƏDƏ 61 MİLYARDDAN ÇOX VƏSAİT SƏRF EDİB
ABŞ-nin İrana qarşı başladığı hərbi əməliyyatlara xərclədiyi vəsait 61 milyard dolları keçib.
Trend xəbər verir ki, fevralın 28-dən bəri hər saniyə ABŞ büdcəsindən təxminən 11,5 min dollardan çox pul xərclənir. Bu hesablamalara hərbçilərin təminatı, bölgəyə göndərilən hərbi gəmilər və digər hərbi xərclər daxildir. İlk 6 gündə 11,3 milyard dollar xərclənib, sonrakı dövrdə isə gündəlik xərc təxminən 1 milyard dollara çatıb. Xatırladaq ki,ABŞ və İsrail fevralın 28-də İrana qarşı əməliyyatlara başlayıb. Aprelin əvvəlində tərəflər vəziyyəti daha da gərginləşdirməmək üçün müvəqqəti atəşkəs barədə razılığa gəliblər.




