İRANDA QIZLAR MƏKTƏBİ HÜCUMA MƏRUZ QALIB
İSRAİL BOMBARDMANI NƏTİCƏSİNDƏ 40 ŞAGİRD HƏLAK OLUB
İsrailin hücumları nəticəsində İranın Hörmözqan əyalətinin Minab şəhərində qızlar üçün ibtidai məktəbdə 40 şagird həlak olub. Hadisə nəticəsində 48 nəfər xəsarət alıb.
Bu barədə “Mehr news” agentliyi əyalət başçısı Məhəmməd Radmehrə istinadən məlumat verib.
Onun sözlərinə görə, bu gün səhər əyalətdə qızlar üçün “Şəcərət Tayibə” ibtidai məktəbi İsrail qüvvələrinin hücumuna məruz qalıb. Nəticədə şagirdlər həlak olub.
Xatırladaq ki, fevralın 28-i səhər saatlarından ABŞ və İsrailin İrana intensiv hücumları başlayıb. İran da öz növbəsində İsrailə və ABŞ-nin regiondakı hərbi bazalarına cavab zərbələri endirib.




