İRANIN BAKIDAKI SƏFİRLİYİNDƏN MÜRACİƏT
VƏTƏNDAŞLARINI SAKİTLİYİ QORUMAĞA ÇAĞIRIB
İranın Bakıdakı səfirliyi Azərbaycandakı vətəndaşlarına müraciət edib.
Müraciətdə İranın hücumlara məruz qaldığı vurğulanıb.
Səfirlik həmvətənləri sakitliyi və təmkinliyi qorumağa çağırıb.
Həmçinin qeyd olunub ki, səfirliyin bütün strukturlarının, o cümlədən konsulluq şöbəsinin gündəlik fəaliyyəti normal qaydada davam etdirilir.
Xatırladaq ki, fevralın 28-i səhər saatlarında İsrail və ABŞ-nin İrana intensiv hücumları başlayıb. İran İsrailə və regiondakı ABŞ hərbi bazalarına cavab zərbələri endirib




