KOSMETİKA NƏHƏNGİ GÖZLƏNTİLƏRİ ÜSTƏLƏDİ
“L’OREAL” SATIŞLARINDA ARTIM QEYD OLUNDU
Dünyanın ən böyük kosmetika şirkəti olan L’Oréal-ın səhmləri, 22 aprel bazar bağlandıqdan sonra proqnozları üstələyən rüblük nəticələr açıqlanmasının ardından 9%-ə qədər bahalaşıb. Marja xəbər verir ki, Şirkətin açıqlamasına görə, birinci rübdə üzvi satışlar 7,6% artaraq 14,3 milyard dollara çatıb.Analitiklərin gözləntisi isə təxminən 3–4% səviyyəsində idi. Birdəfəlik təsirlər istisna edildikdə, artım 6,7% təşkil edib.
Şirkətin baş direktoru bildirib ki, L’Oréal həm ABŞ, həm də Çin kimi böyük bazarlarda güclü performans göstərib və bazar payını artırıb.Qeyd olunur ki, bu yüksəliş şirkət səhmləri üçün son illərin ən böyük gündəlik artımlarından biri olub və L’Oréal iqtisadi çətinliklərə baxmayaraq güclü mövqeyini qoruduğunu göstərib.




