KÜLLİ MİQDARDA DƏLƏDUZLUQDA İTTİHAM OLUNUR
KÜLLİ MİQDARDA DƏLƏDUZLUQDA İTTİHAM OLUNUR
“BEAUTYTIME” SALONLAR ŞƏBƏKƏSİNİN RƏHBƏRİ AXTARIŞA VERİLDİ
“Beautytime” salonlar şəbəkəsinin rəhbəri Könül Həmzəyeva barəsində cinayət işi açılıb. Qafqazinfo.аz-ın əldə etdiyi məlumata görə, Könül külli miqdarda dələduzluqda ittiham olunur. O, istintaqdan qaçıb gizləndiyi üçün axtarışa verilib. Hazırda Xəzər Rayon Polis İdarəsində istintaq aparılır. Qeyd edək ki, 1 ay əvvəl tanınmış influenser Fidan Zeyn və Azerina da Könül Həmzəyevadan şikayət edib. İnfluenserlər Xətai Rayon Polis İdarəsinə müraciət edib və Həmzəyevanın onların 150 min manatını mənimsədiyini bildirib.




