MƏŞHUR UŞAQ QİDASINDA SİÇAN ZƏHƏRİ AŞKARLANDI
ŞİRKƏT QƏSDƏN MÜDAXİLƏ OLUNA BİLƏCƏYİ AÇIQLAMASINI VERDİ
Avstriyada polis HiPP markalı uşaq qidasında siçan zəhəri aşkar edildiyini açıqlayıb.Belə ki,bir müştərinin şikayəti əsasında araşdırılan 190 qramlıq “kök və kartof” tərkibli uşaq qidası bankasında siçan zəhəri tapılıb.Eyni məhsul partiyasına aid bəzi bankaların Çexiya və Slovakiyada da yoxlandığı və oxşar şəkildə toksik maddə izlərinə rast gəlindiyi qeyd olunub. Avstriya üzrə təxminən 1500 mağazada həmin məhsullar rəflərdən yığışdırılıb.HiPP tərəfindən verilən açıqlamada mövcud tapıntıların məhsullara kənardan qəsdən müdaxilə edilmiş ola biləcəyinə işarə etdiyi vurğulanıb. Şirkət bu vəziyyətin xüsusilə “SPAR Avstriya” paylama kanalına təsir etdiyini bildirib.Polis həmçinin bu məhsullarla təmasda olan şəxslərə əllərini diqqətlə yuma çağırışı edib. HiPP və SPAR isə məhsulu geri qaytaran müştərilərə ödənişi tam şəkildə qeri qaytarılacağını açıqlayıb.




