ÇİRKLİ PULLARLA BAĞLI POZUNTULAR
“MPAY” 50 MİN MANAT CƏRİMƏLƏNDİ
Mərkəzi Bank “Mpay” MMC-ni cəzalandırılıb.KONKRET.az xəbər verir ki, şirkət çirkli pulların yuyulması və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə ilə bağlı qanunvericiliyin bir sıra tələblərinə əməl etməyib. Aşkarlanan pozuntular İnzibati Xətalar Məcəlləsinin bir neçə maddəsinin kobud şəkildə pozulması kimi qiymətləndirilib. Nəticədə, “Mpay” MMC hüquqi şəxs olaraq 50 min manat, şirkətin vəzifəli şəxsi isə 10 min manat məbləğində cərimələnib.




