PUTİN ERMƏNİSTANA XƏBƏRDARLIQ ETDİ
“EYNİ VAXTDA İKİ GÖMRÜK İTTİFAQINDA OLA BİLMƏYƏCƏK”
Rusiya Ermənistanın Avropa İttifaqı ilə münasibətlərinin inkişafına sakit yanaşır, lakin İrəvan eyni vaxtda iki gömrük ittifaqında ola bilməyəcək.
Bunu Rusiya Prezidenti Vladimir Putin Kremldə Ermənistanın Baş naziri Nikol Paşinyanla görüşündə bildirib.O vurğulayıb ki,Aİ və Avrasiya İqtisadi İttifaqı ilə gömrük ittifaqında olmaq qeyri-mümkündür. Bu, sadəcə olaraq mahiyyətcə mümkün deyil. Məsələ heç siyasətdə də deyil, məsələ sırf iqtisadi xarakter daşıyır” deyə – Rusiya lideri deyib.Öz növbəsində, Paşinyan qeyd edib ki, “Biz başa düşürük ki, Aİ və Aİİ-yə üzvlük uzlaşmır. Vaxtı gələrsə, Ermənistan xalqı öz qərarını verəcək. Əlbəttə, bu, Ermənistan-Rusiya münasibətlərinə zərər vurmamalıdır”.




