О нас
Biznes TV — медиаплатформа об экономике и предпринимательстве в Азербайджане

Son illərdə dünya və yerli iqtisadiyyat yeni mərhələyə keçib. Rəqəmsallaşma, yeni biznes modelləri, geosiyasi risklər və bazarlardakı dalğalanmalar həm şirkətlərin, həm də vətəndaşların qərarlarına birbaşa təsir göstərir. Bu şəraitdə iqtisadi savadlılıq, biznes düşüncəsi və düzgün qərarvermə bacarığı artıq lüks deyil, zərurətdir.
Azərbaycan mediasında iqtisadi maarifləndirmə, sahibkarlıq hekayələrinin peşəkar təqdimatı və biznes mədəniyyətinin formalaşdırılması üzrə ciddi boşluq mövcuddur. Xəbər axını var, amma Bloomberg, CNBC, Euronews Business kimi kanalların oynadığı strateji rolu yerinə yetirən lokal platforma demək olar ki, yoxdur. Biznes TV məhz bu boşluğu doldurmaq üçün qurulub.
Biznes TV həm kontent, həm də biznes modeli baxımından dayanıqlı və tərəfdaşlığa açıq media ekosistemi qurmağı hədəfləyir. Burada brendlər sadəcə reklam yerləşdirmir — öz nüfuzunu, mövqeyini və təsir gücünü gücləndirir.
Что мы делаем
- Cəmiyyəti iqtisadi trendlər, qərarların nəticələri və bazar imkanları barədə aydın, sistemli və əlçatan məlumatla təmin edir;
- Yerli sahibkarların, brendlərin və biznes hekayələrinin vitrini kimi çıxış edir;
- Şirkətlər üçün şəffaf, etibarlı və peşəkar kommunikasiya və kommersiya platforması rolunu oynayır
Правление
Руководство →
Hikmət Məmmədov
İdarə Heyətinin üzvü / sədri

Nigar Ələsgərova
İdarə Heyətinin üzvü

Elmar Əbilov
İdarə Heyətinin üzvü

Amil Mahmudov
İdarə Heyətinin üzvü

Xanlar Mehdiyev
İdarə Heyətinin üzvü

Anar Məmmədov
İdarə Heyətinin üzvü
