Перейти к содержанию
Biznes TV
Рынки
USD/AZN1,70000,00%EUR/AZN1,97290,00%Brent104,98$2,46%Qızıl7 363,900,00%TRY/AZN0,03500,00%Uçot dərəcəsi7,25%0,00%

50-DƏN ÇOX OBYEKTDƏ SAXTA MAL TAPILDI

Biznes TV1 мин чтения
Поделиться
50-DƏN ÇOX OBYEKTDƏ SAXTA MAL TAPILDI

2026-cı ilin avqust ayında Bakı və müxtəlif rayonlarda fəaliyyət göstərən topdan və pərakəndə ticarət, eləcə də ictimai iaşə obyektlərində aparılan yoxlamalar zamanı 57 obyektdə aksiz markası olmadan və ya saxta aksiz markası ilə satışa çıxarılan məhsullar aşkarlanıb. Bu barədə Dövlət Vergi Xidməti məlumat yayıb.Nəticədə müxtəlif qablaşdırmalarda ümumilikdə 6 192 ədəd alkoqollu içki, 4,98 min litr pivə və 99 qutu tütün məmulatı dövriyyədən çıxarılıb. Bundan başqa, Kürdəmir rayonunda vergi orqanında qeydiyyatda olmadan alkoqollu içki istehsal edilən sahə də müəyyənləşdirilib. Burada 1 288 ədəd saxta aksiz markası, ümumi həcmi 25 min litr olan mənşəyi məlum olmayan qablaşdırılmamış alkoqollu içki materialı, həmçinin istehsal avadanlıqları aşkarlanıb.Faktlarla bağlı qanunvericiliyə uyğun tədbirlər görülüb və hüquqi prosedurlara başlanılıb

saxtaabyekt

Похожие материалы

AVROPADA BÖYÜK ƏMƏLİYYAT
Мир

AVROPADA BÖYÜK ƏMƏLİYYAT

AVROPADA BÖYÜK ƏMƏLİYYAT1,2 MİLYARD AVROLUQ SAXTA PUL ŞƏBƏKƏSİ İFŞA EDİLDİ Avropolun koordinasiyası ilə keçirilən genişmiqyaslı əməliyyat zamanı təxminən 1,2 milyard avro dəyərində saxta əskinas ələ keçirilib.Bu barədə qurumun açıqlamasında bildirilib. Rumıniyada 4,8 milyondan çox saxta avro və Çindən göndərildiyi iddia olunan 223 min əskinas aşkarlanıb. Portuqaliya, Böyük Britaniya və ABŞ-nin birgə əməliyyatlarında isə 220 mindən […]

1 мин чтения
AQŞİN FATEHİN RESTORANINDA YOXLAMA
Регионы

AQŞİN FATEHİN RESTORANINDA YOXLAMA

AQŞİN FATEHİN RESTORANINDA YOXLAMASAXTA İÇKİLƏR AŞKARLANDI Bakının Nərimanov rayonu, Əhməd Rəcəbli küçəsində fəaliyyət göstərən “By Fateh” restoranında plandankənar yoxlama keçirilib.Bu barədə Qida Təhlükəsizliyi Agentliyi məlumat yayıb. Yoxlama zamanı müəssisənin qida təhlükəsizliyi qeydiyyatından keçmədən fəaliyyət göstərdiyi, emal sahələrində havalandırma sisteminin quraşdırılmadığı, ət məhsullarına aid sənədlərinin olmadığı,restoranda yararsız qida məhsullarının satıldığı məlum olub. Eyni zamanda satışdakı bəzi […]

2 мин чтения