Перейти к содержанию
Biznes TV
Рынки
USD/AZN1,70000,00%EUR/AZN1,97840,04%Brent100,92$0,29%Qızıl7 494,820,62%TRY/AZN0,03510,00%Uçot dərəcəsi7,25%0,00%
Экономика

88 milyon dollarlıq ixrac – “Azərsun Holdinq” strateji hədəflərini açıqladı

Biznes TV4 мин чтения
Поделиться
88 milyon dollarlıq ixrac – “Azərsun Holdinq” strateji hədəflərini açıqladı

“Azərsun Holdinq”in baş icraçı direktoru Savaş Uzan mövcud iqtisadi vəziyyətlə bağlı sualları cavablandırıb.

“Qafqazinfo” onunla müsahibəni təqdim edir:

– Savaş bəy, bölgədə və dünyada baş verən böhranlar ərzaq təhlükəsizliyi mövzusunu yenidən gündəmə gətirir. “Azərsun Holdinq”in bu istiqamətdəki planları ilə bağlı fikrinizi öyrənmək istəyərdik…

– Bildiyiniz kimi 35 ildir Azərbaycanda fəaliyyət göstərən Şirkətlər Qrupu olaraq ölkəmizin ərzaq təhlükəsizliyi həmişə prioritetimiz olub. Cənab Prezident İlham Əliyevin apardığı uğurlu siyasətin nəticəsidir ki, bütün dünyada tədarük zəncirinin pozulduğu COVİD-19 pandemiyası, münaqişələr və digər böhranlar zamanı Azərbaycanda əhalinin təminatında heç bir sıxıntı yaşanmadı. Çox məmnunuq ki, biz də “Azərsun Holdinq” olaraq bu işdə üzərimizə düşən məsuliyyəti layiqincə daşıya bildik. “Azərsun-2030” strategiyamız çərçivəsində ölkəmiz üçün mühüm əhəmiyyət kəsb edən istiqamətlərdə yeni layihələrin icrasını nəzərdə tutmuşuq.

– Bu barədə bir az ətraflı məlumat verə bilərsinizmi? Planlarınıza hansı layihələrin icra edilməsi daxildir?

– “Azərsun” olaraq qərara gəlmişik ki, strateji əhəmiyyət kəsb edən günəbaxan yağı, şəkər və digər kənd təsərrüfatı və ərzaq məhsulları üzrə ölkənin uzunmüddətli ehtiyatlarını təmin edəcək istehsal gücü formalaşdırılmalıdır. Bu ildən etibarən strateji əhəmiyyətə malik günəbaxan yağının yerli xammal hesabına təmin edilməsi istiqamətində də zəruri addımlar atmağa başlayırıq. Bu çərçivədə hazırda tərəfimizdən 200 hektardan çox ərazidə günəbaxan əkinləri həyata keçirilib və 500 tondan çox məhsul toplamağı hədəfləyirik. 2030-cu ilə qədər əkin sahələrini 1.800 hektara, yığılacaq məhsulun həcmini isə 4.000 tona qədər artırmağı planlayırıq. Bununla da bu istiqamətdə idxaldan asılılığı kəskin şəkildə azaltmış olacağıq. Yerli şəkər çuğunduru istehsalında isə 700–800 min tonluq hədəflər müəyyənləşdirilib və uzunmüddətli strateji plan əsasında bu sahədə ölkənin daxili tələbatının əhəmiyyətli hissəsini qarşılayacaq səviyyəyə çatmağı nəzərdə tuturuq.

Bununla yerli fermerlərin sosial-rifah halının yüksəlməsinə də böyük dəstək vermiş olacağıq. Qeyd etmək istəyirəm ki, “Azərsun Holdinq”in təşəbbüsü ilə artıq 20 ildir ki, bölgələrdə yaşayan minlərlə fermer şəkər çuğunduru əkinçiliyi ilə məşğul olur, bu istiqamətdə onlara şirkətlər qrupumuz tərəfindən bütün zəruri dəstək verilir. 2026-cı ilin ilk 5 ayı ərzində 53.571.000 ABŞ dolları dəyərində 84.530 ton şəkər ixrac etmişik, ilin yekununda 88.000.000 ABŞ dolları dəyərində 140.000 ton məhsulun ixracı nəzərdə tutulur. Hədəfimiz bu sahənin daha da inkişaf etdirilməsi, ixracın artırılmasıdır.

– Savaş bəy, “Azərsun Holdinq” qida sənayesi istiqamətində ölkənin aparıcı şirkətlərindən olmaqla bərabər son illərdə qeyri-qida istehsalını artırmaqdadır. Bu istiqamətdə hansısa yeniliklər gözlənilirmi?

– Şirkətlər qrupumuzun qeyri-qida sahəsində fəaliyyəti Azərsun Kağız və Karton İstehsalat Korporasiyası tərəfindən tənzimlənir və hazırda karton, gigiyenik kağızlar, təmizlik məhsullarının istehsalını təmin edirik. Eyni zamanda illik istehsal həcmi 50.000 ton olan Kağızın Təkrar Emalı fabrikimizin fəaliyyəti nəticəsində ətraf mühitin qorunmasına mühüm töhfə vermiş oluruq. 2030-cu ilə qədər bu həcmi 140.000 tona qədər artırmaq nəzərdə tutulub. Yaxın gələcəkdə kağız sənayesinə əlavə 100 milyon manat investisiyanın yatırılmasını nəzərdə tuturuq ki, bununla ölkəmizin tələbatını daxili gücümüz hesabına təmin etməklə bərabər ixrac potensialımızı artırmaq və region ölkələrinin bazarlarında da ciddi pay sahibi olmaq istəyirik.

– Hazırda bütün biznes dünyasının əsas müzakirə obyekti süni intellektdir. Sizin fəaliyyətinizdə bu texnoloji yeniliklə bağlı hansı hədəflər var?

– Bu gün süni intellekt və rəqəmsal texnologiyalar şirkətlərin idarə edilməsində yeni reallıq formalaşdırır. “Azərsun” olaraq biz də əkindən satışa qədər bütün mərhələlərdə süni intellekt dəstəkli avtomatlaşdırılmış sistemlər tətbiq edirik və ölkəmizdə yüksək sürətlə həyata keçirilən rəqəmsal transformasiyanın önündə olan holdinqlərdənik. Ölkənin qeyri-neft sektorunun aparıcı nümayəndələrindən olaraq fəaliyyətimizi məlumat əsaslı qərarlar, ölçülə bilən KPI-lar və rəqəmsal idarəetmə sistemləri üzərində qururuq. Məqsədimiz daha çevik, səmərəli və daha ağıllı idarə olunan şirkətlər qrupuna çevrilməkdir.

İnanırıq ki, innovasiya, texnologiya, güclü komanda və strateji baxışın vəhdəti “Azərsun”un gələcək inkişafının əsas hərəkətverici qüvvəsi olacaq. Qarşıdakı dövrdə də ölkəmizin iqtisadi inkişafına, ərzaq təhlükəsizliyinin möhkəmləndirilməsinə və ixrac potensialının artırılmasına töhfə verməyə davam edəcəyik.

holdingiqtisadiyyatpulqlobalxəbərlər

Похожие материалы

QEYRİ-NEFT İXRACI 2 MİLYARDA YAXINLAŞDI
Экономика

QEYRİ-NEFT İXRACI 2 MİLYARDA YAXINLAŞDI

QEYRİ-NEFT İXRACI 2 MİLYARDA YAXINLAŞDI2025-Cİ İLLƏ MÜQAYİSƏDƏ 16.9% ARTIM QEYDƏ ALINIB 2026-cı ilin yanvar-iyun aylarında qeyri-monetar qızıl istisna olmaqla Azərbaycanın qeyri-neft sektoru üzrə ixracı, 2025-ci ilin müvafiq dövrü ilə müqayisədə 16,9% artaraq 1,8 milyard ABŞ dolları təşkil edib. İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin məlumatına görə təkcə iyunda ölkənin qeyri-neft sektoru üzrə ixracı ötən ilin […]

2 мин чтения
AZƏRBAYCAN ABŞ-DƏN ÇOX GÜRCÜSTANLA TİCARƏT ETDİ
Экономика

AZƏRBAYCAN ABŞ-DƏN ÇOX GÜRCÜSTANLA TİCARƏT ETDİ

AZƏRBAYCAN ABŞ-DƏN ÇOX GÜRCÜSTANLA TİCARƏT ETDİYENİ RƏQƏMLƏR AÇIQLANDI 2026-cı ilin yanvar-may aylarında Azərbaycan və ABŞ arasında ticarət dövriyyəsinin dəyəri384 milyon 531 min ABŞ dolları təşkil edib.”Report”un Dövlət Gömrük Komitəsinə istinadən verdiyi məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 30,1 % azdır.Hesabat dövründə ABŞ ilə ticarət ümumi dövriyyənin 1,8 %-i qədər olub.2026-cı ilin yanvar-may […]

1 мин чтения
MÜHARİBƏ RUSİYANI BELARUS BENZİNİNƏ MÖHTAC QOYDU
Экономика

MÜHARİBƏ RUSİYANI BELARUS BENZİNİNƏ MÖHTAC QOYDU

MÜHARİBƏ RUSİYANI BELARUS BENZİNİNƏ MÖHTAC QOYDUYANACAQ İDXALI TARİXİ MAKSİMUMA ÇATDI Belarusdan Rusiyaya benzin idxalı 2026-cı ilin iyun ayında tarixi maksimuma çatıb.Yeniavaz.com xəbər verir ki, 2026-cı ilin 1-25 iyun tarixləri arasında Belarusdan Rusiyaya 141 min ton benzin idxal edilib ki, bu da may ayının bütün göstəricisindən təxminən iki yarım dəfə çoxdur.Ötən ilin iyun ayında isə idxal […]

1 мин чтения
İŞÇİLƏRİN EZAMİYYƏ QAYDALARINDA DƏYİŞİKLİKHANSI HALDA MÜDDƏT 40 GÜNDƏN ARTIQ OLA BİLMƏZ?
Экономика

İŞÇİLƏRİN EZAMİYYƏ QAYDALARINDA DƏYİŞİKLİKHANSI HALDA MÜDDƏT 40 GÜNDƏN ARTIQ OLA BİLMƏZ?

Maliyyə Nazirliyinin Kollegiyası “İşçilərin Ezamiyyə Qaydaları”nda dəyişiklik edib.”Report” xəbər verir ki, bununla bağlı nazir Sahil Babayev yeni qərar imzalayıb.Qərara əsasən, mühafizə olunan şəxslərin səfərləri zamanı təhlükəsizliyi təmin edən Dövlət Mühafizə Xidmətinin və Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin əməkdaşlarının ezamiyyət müddəti yolda olduğu müddət hesaba alınmamaqla, 40 gündən çox ola bilər.Azərbaycanda işçilərin ezamiyyət müddəti […]

1 мин чтения