Перейти к содержанию
Biznes TV
Рынки
USD/AZN1,70000,00%EUR/AZN1,97290,00%Brent105,49$1,99%Qızıl7 363,900,00%TRY/AZN0,03500,00%Uçot dərəcəsi7,25%0,00%
Мир

ABŞ VİZA QAYDALARINI SƏRTLƏŞDİRDİTƏKCƏ ÖZÜNÜZ YOX, YAXINLARINIZ DA VİZA ALA BİLMƏYƏ BİLƏR

Biznes TV2 мин чтения
Поделиться
ABŞ VİZA QAYDALARINI SƏRTLƏŞDİRDİTƏKCƏ ÖZÜNÜZ YOX, YAXINLARINIZ DA VİZA ALA BİLMƏYƏ BİLƏR

ABŞ-də kibercinayətlərə və kibertexnologiyalardan istifadə etməklə törədilən cinayətlərə görə məsuliyyət daşıyan, yaxud bu cür cinayətlərdə, xüsusən də kiberdələduzluq və seksual şantajla pul almada iştirakı olan şəxslərə qarşı yeni viza məhdudiyyətləri siyasəti tətbiq olunur.Bu barədə ABŞ Dövlət Departamentinin saytında məlumat yer alıb.

Viza məhdudiyyətləri bu cür qanunsuz fəaliyyətə cəlb olunan şəxslərin yaxın qohumlarına da şamil edilə bilər.

ABŞ dövlət katibi Marko Rubionun sözlərinə görə, tez-tez Çinin transmilli cinayətkar təşkilatlarının rəhbərliyi altında fəaliyyət göstərən dələduzlar təkcə 2024-cü ildə korrupsiya, çirkli pulların yuyulması və insan alverinə rəvac verməklə ABŞ vətəndaşlarını ən azı 10 milyard dollar məbləğində aldadıblar.Rubio əlavə edib ki, amerikalı uşaqlar da seksual hədə-qorxu məqsədilə dələduzluq sxemləri çərçivəsində xaricdən fəaliyyət göstərən cinayətkarların hədəfinə çevriliblər.Dövlət Departamentindən vurğulayıblar ki, Donald Tramp administrasiyası bu cür dələduzluq şəbəkələrini ləğv etmək üçün sanksiyalar, məhkəmə təqibi, aktivlərin həbsi, ekstradisiya sorğuları və hüquq-mühafizə orqanlarının beynəlxalq əməkdaşlığını işə salır.

amerikaavropaölkəvizaxarici

Похожие материалы

MERCEDES-BENZ”Ə ABŞ-DƏ QADAĞAAVTOMOBİLİN SATIŞI DAYANA BİLƏR
Мир

MERCEDES-BENZ”Ə ABŞ-DƏ QADAĞAAVTOMOBİLİN SATIŞI DAYANA BİLƏR

ABŞ Senatına təqdim olunan qanun layihəsi “Mercedes-Benz”ə ciddi zərbə vura bilər.Sənəd çinli investorların 15%-dən çox paya sahib olduğu istehsalçıların avtomobillərinin ABŞ-yə idxal edilməsini, həmçinin orada istehsal olunmasını və ya satılmasını qadağan etməyi nəzərdə tutur. “Mercedes”də məhz belə bir vəziyyət yaranıb.“Mercedes” səhmlərinin təxminən 10%-i Çinin BAIC avtomobil istehsalçısına, daha 10%-ə yaxını isə çinli iş adamı Li […]

2 мин чтения
BU ŞƏXLƏR ÜÇÜN TÜRKİYƏYƏ GİRİŞ ASANLAŞA BİLƏR
Мир

BU ŞƏXLƏR ÜÇÜN TÜRKİYƏYƏ GİRİŞ ASANLAŞA BİLƏR

BU ŞƏXLƏR ÜÇÜN TÜRKİYƏYƏ GİRİŞ ASANLAŞA BİLƏRHÖKUMƏT YENİ GÜZƏŞTLƏR HAZIRLAYIR Türkiyə Böyük Millət Məclisi Antalyada keçiriləcək COP31 iştirakçıları üçün imtiyaz və güzəştləri nəzərdə tutan beynəlxalq saziş layihəsini müzakirəyə çıxaracaq.Fins.az xəbər verir ki, Ankara ilə BMT arasında razılaşdırılmış sənəd parlamentə təqdim olunub. Saziş təsdiqlənərsə, COP31 iştirakçıları üçün Türkiyəyə giriş-çıxış prosedurları, o cümlədən viza qaydaları sadələşdiriləcək.

1 мин чтения