Перейти к содержанию
Biznes TV
Рынки
USD/AZN1,70000,00%EUR/AZN1,97290,00%Brent104,52$2,89%Qızıl7 363,900,00%TRY/AZN0,03500,00%Uçot dərəcəsi7,25%0,00%
Экономика

Agentlik: Bu il 65 startap özünü minimal işlək məhsul səviyyəsinə çatdırıb

Biznes TV1 мин чтения
Поделиться
Agentlik: Bu il 65 startap özünü minimal işlək məhsul səviyyəsinə çatdırıb
Arxiv şəkli — orijinal foto mənbədə mövcud deyil

Bu il Azərbaycanda 65 startap minimal işlək məhsul (MVP) səviyyəsinə çatıb.

Bunu Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin İnvestisiyalar və ekosistemə dəstək şöbəsinin müdiri Ağahüseyn Əhmədov qurumun cari il üzrə fəaliyyətinə həsr olunmuş hesabat tədbirində bildirib.

Onun sözlərinə görə, bu il bazara çıxış imkanlarının genişləndirilməsi məqsədilə 9 “Demo Day” tədbiri təşkil olunub. Bu tədbirlərdə 100-dən çox startap iştirak edib və onları 300-dən çox nümayəndə təmsil edib.