Перейти к содержанию
Biznes TV
Рынки
USD/AZN1,70000,00%EUR/AZN1,95280,00%Brent98,77$5,77%Qızıl7 423,930,00%TRY/AZN0,03480,00%Uçot dərəcəsi7,25%0,00%
Экономика

ANANIN TƏLƏBİ TƏMİN EDİLDİ: OĞUL MİRAS HÜQUQUNDAN MƏHRUM OLUNDU

Biznes TV1 мин чтения
Поделиться
ANANIN TƏLƏBİ TƏMİN EDİLDİ: OĞUL MİRAS HÜQUQUNDAN MƏHRUM OLUNDU

Biləsuvar Rayon Məhkəməsində ananın oğluna qarşı qaldırdığı mülki işə baxılıb. “Qafqazinfo” xəbər verir ki,ana oğlunun uzun müddət ona qarşı kobud və hörmətsiz davrandığını, aralarındakı münasibətlərin ciddi şəkildə pozulduğunu bildirərək, gələcəkdə ona məxsus əmlakdan məcburi pay almaq hüququndan məhrum edilməsini istəyib. Oğlu isə iddianı qəbul etməyib və ailə daxilindəki mübahisələrin əmlakın satılması məsələsindən yarandığını bildirib.Məhkəmə tərəflərin izahatlarını, şahid ifadələrini, polisə edilən müraciətlərlə bağlı sənədləri, səs yazılarını və digər sübutları araşdırıb. Nəticədə tərəflər arasında uzun müddət davam edən münaqişələrin olduğu və oğulun anasına qarşı sərt davrandığı müəyyən edilib.Məhkəmə qeyd edib ki, qanunvericilik müəyyən hallarda miras qoyana sağlığında məhkəməyə müraciət edərək şəxsi məcburi pay hüququndan məhrum etmək imkanı verir.Nəticədə iddia təmin olunub. Oğul anasına məxsus əmlakdan gələcəkdə məcburi pay almaq hüququndan məhrum edilib. Qərara əsasən, bu məhrumetmə miras açıldığı andan qüvvəyə minəcək.

məhkəməmiraspulmülkqanun