Перейти к содержанию
Biznes TV
Рынки
USD/AZN1,70000,00%EUR/AZN1,97290,00%Brent105,38$2,09%Qızıl7 363,900,00%TRY/AZN0,03500,00%Uçot dərəcəsi7,25%0,00%
Экономика

AZƏRBAYCAN İLBİZ İXRACINA BAŞLADI

Biznes TV1 мин чтения
Поделиться
AZƏRBAYCAN İLBİZ İXRACINA BAŞLADI

SALYANDAN AVROPAYA AZƏRBAYCAN İLBİZ İXRACINA BAŞLADI

Azərbaycanda ilbiz məhsullarının Avropa İttifaqı bazarına ixracına başlanılıb. Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi tərəfindən həyata keçirilən nəzarət və qiymətləndirmə tədbirləri nəticəsində Salyan rayonunun Şorsulu kəndində fəaliyyət göstərən, “Azarifrog” MMC-yə məxsus ilbiz istehsalı müəssisəsi Avropa İttifaqı ölkələrinə ixrac üçün qeydiyyata alınıb. Məlumat üçün bildirək ki, ilbizdən Avropa, Amerika və Asiyada kulinariyada, həmçinin bütün dünyada kosmetologiya sahəsində istifadə olunur. BMT Kənd Təsərrüfatı və Ərzaq Təşkilatının rəyinə görə ilbiz əti ekoloji baxımdan ən təmiz, insan orqanizmi üçün ən faydalı qidalardan biridir. Dünyada ilbiz ticarəti 2025-ci ildə 800 milyon dollara yaxın olub. Bu göstəricinin 2035-ci ilə qədər 2,07 milyard ABŞ dollarına qədər artacağı gözlənilir.

ilbiziqtisadiyyatqlobalxəbərlər

Похожие материалы

QEYRİ-NEFT İXRACI 2 MİLYARDA YAXINLAŞDI
Экономика

QEYRİ-NEFT İXRACI 2 MİLYARDA YAXINLAŞDI

QEYRİ-NEFT İXRACI 2 MİLYARDA YAXINLAŞDI2025-Cİ İLLƏ MÜQAYİSƏDƏ 16.9% ARTIM QEYDƏ ALINIB 2026-cı ilin yanvar-iyun aylarında qeyri-monetar qızıl istisna olmaqla Azərbaycanın qeyri-neft sektoru üzrə ixracı, 2025-ci ilin müvafiq dövrü ilə müqayisədə 16,9% artaraq 1,8 milyard ABŞ dolları təşkil edib. İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin məlumatına görə təkcə iyunda ölkənin qeyri-neft sektoru üzrə ixracı ötən ilin […]

2 мин чтения
İŞÇİLƏRİN EZAMİYYƏ QAYDALARINDA DƏYİŞİKLİKHANSI HALDA MÜDDƏT 40 GÜNDƏN ARTIQ OLA BİLMƏZ?
Экономика

İŞÇİLƏRİN EZAMİYYƏ QAYDALARINDA DƏYİŞİKLİKHANSI HALDA MÜDDƏT 40 GÜNDƏN ARTIQ OLA BİLMƏZ?

Maliyyə Nazirliyinin Kollegiyası “İşçilərin Ezamiyyə Qaydaları”nda dəyişiklik edib.”Report” xəbər verir ki, bununla bağlı nazir Sahil Babayev yeni qərar imzalayıb.Qərara əsasən, mühafizə olunan şəxslərin səfərləri zamanı təhlükəsizliyi təmin edən Dövlət Mühafizə Xidmətinin və Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin əməkdaşlarının ezamiyyət müddəti yolda olduğu müddət hesaba alınmamaqla, 40 gündən çox ola bilər.Azərbaycanda işçilərin ezamiyyət müddəti […]

1 мин чтения
ÖLKƏDƏ İŞLƏYƏNLƏRİN SAYI ARTDI
Экономика

ÖLKƏDƏ İŞLƏYƏNLƏRİN SAYI ARTDI

ÖLKƏDƏ İŞLƏYƏNLƏRİN SAYI ARTDIAQRAR SEKTORDA ƏN AZ MUZDLU İŞÇİ VAR Bu iyunun 1-nə Azərbaycanda muzdla çalışan işçilərin sayı ötən il iyunun 1-i ilə müqayisədə 1,2 % çox – 1 milyon 790,6 min nəfər olub. Dövlət Statistika Komitəsinin məlumatına görə onlardan 859,9 min nəfəri dövlət, 930,7 min nəfəri isə özəl sektorda fəaliyyət göstərib. Muzdla çalışan işçilərin […]

1 мин чтения
TƏHSİL NAZİRLİYİNDƏN MİLYONLUQ TENDER
Экономика

TƏHSİL NAZİRLİYİNDƏN MİLYONLUQ TENDER

TƏHSİL NAZİRLİYİNDƏN MİLYONLUQ TENDERMƏKTƏBLƏRDƏ TƏMİR-BƏRPA İŞLƏRİNƏ BAŞLANILIR Təhsil Nazirliyinin Təsərrüfat Hesablı Əsaslı Tikinti və Təchizat İdarəsi respublika üzrə təhsil müəssisələrində təmir və kommunal-kommunikasiya işlərinin satın alınması ilə bağlı açıq tender elan edib. Oxu.Az-ın məlumatına görə, tenderin ehtimal olunan qiyməti 9 milyon 144 min 217 manat təşkil edir. Satınalma çərçivəsində ölkə üzrə təhsil müəssisələrində cari və […]

1 мин чтения