AZƏRBAYCAN VƏ ÖZBƏKİSTANIN BİRGƏ LAYİHƏLƏRİNİN DƏYƏRİ 5 MİLYARD DOLLARI KEÇİB

Azərbaycan və Özbəkistan arasında ticarət dövriyyəsi son beş ildə üç dəfə artıb, birgə layihələrin ümumi portfeli isə 5 milyard dolları ötüb."Report"xəbər verir ki, bunu Azərbaycan baş nazirinin müavini Şahin Mustafayev Bakıda Özbəkistanın Müstəqillik Gününün 35-ci ildönümünə həsr olunan tədbirdə bildirib.Onun sözlərinə görə, son illər Azərbaycan və Özbəkistan arasında münasibətlər strateji tərəfdaşlıq, müttəfiqlik və əbədi dostluq xarakteri alaraq ən yüksək səviyyəyə çatıb.





