Перейти к содержанию
Biznes TV
Рынки
USD/AZN1,70000,00%EUR/AZN1,97630,00%Brent99,24$1,35%Qızıl7 541,610,00%TRY/AZN0,03510,00%Uçot dərəcəsi7,25%0,00%
Технологии

Azərbaycanda notariat xidmətləri “myGov” platformasına inteqrasiya edildi

Biznes TV2 мин чтения
Поделиться
Azərbaycanda notariat xidmətləri “myGov” platformasına inteqrasiya edildi
Arxiv şəkli — orijinal foto mənbədə mövcud deyil

Azərbaycan Respublikasında vətəndaşların notariat xidmətlərindən istifadəsini daha da asanlaşdırmaq məqsədilə bir neçə notariat xidməti “myGov” rəqəmsal hökumət platformasına inteqrasiya edilib. Bu barədə İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyindən (İRİA) məlumat verilib.

Bu yenilik sayəsində vətəndaşlar artıq notariat kontorlarına getmədən, tam rəqəmsal qaydada etibarnamə xidmətlərindən istifadə edə bilərlər. “myGov” platforması üzərindən vətəndaşlara təqdim olunan notariat xidmətlərinə aşağıdakılar daxildir:

  • Nəqliyyatdan istifadə etibarnaməsi – Şəxsin nəqliyyat vasitəsindən istifadə və idarəetmə hüququnu başqa bir şəxsə ötürməsi.
  • Nəqliyyata sərəncam etibarnaməsi – Avtomobilin satılması, bağışlanması, ipotekaya qoyulması və digər sərəncam səlahiyyətlərinin rəqəmsal qaydada verilməsi.
  • Qurumlarda təmsilçilik etibarnaməsi – Müxtəlif dövlət və özəl qurumlarda vətəndaşın başqa bir şəxs tərəfindən təmsil olunmasına imkan yaradan etibarnamələrin rəqəmsal qaydada verilməsi.
  • Etibarnamələrin ləğvi – Daha əvvəl verilmiş etibarnamələrin təhlükəsiz və operativ şəkildə ləğv edilməsi.

Xidmətlərdən istifadə qaydası:

İstifadəçilər “myGov” platformasına daxil olaraq, müvafiq etibarnaməni rəqəmsal şəkildə tərtib edib, video təsdiqləmə vasitəsilə prosesə hüquqi qüvvə qazandıra bilərlər. Proses avtomobil və ya təmsilçilik məlumatlarının daxil edilməsini, əlaqə məlumatlarının təqdim edilməsini, video təsdiqləməni və ödənişin edilməsini əhatə edir.

Bu addım vətəndaşlara vaxt itkisini minimuma endirməklə yanaşı, etibarnamə proseslərini daha çevik, təhlükəsiz və şəffaf şəkildə həyata keçirməyə imkan verir.

Похожие материалы

İFLİC OLAN İNSANLAR ÜÇÜN YENİ ÜMİDDÜŞÜNCƏ İLƏ HƏRƏKƏT EDƏN ƏLİL ARABASI SINAQDAN KEÇİRİLDİ
Технологии

İFLİC OLAN İNSANLAR ÜÇÜN YENİ ÜMİDDÜŞÜNCƏ İLƏ HƏRƏKƏT EDƏN ƏLİL ARABASI SINAQDAN KEÇİRİLDİ

İlon Maskın Neuralink şirkəti beyinə yerləşdirilmiş çip vasitəsilə düşüncə ilə idarə olunan əlil arabası yaradıb.İmplant hərəkət istiqaməti ilə bağlı siqnalları oxuyur və onları virtual coystik üçün əmrlərə çevirir. Bunun sayəsində tamamilə iflic olan insanlar tərpənmədən arabaya nəzarət edə bilirlər.Bənzər çiplərə sahib olan pasiyentlər, həmçinin düşüncə ilə kompyuterlərdə işləmək, hətta təyyarələri və robotları idarə etmək qabiliyyətinə […]

1 мин чтения
“TESLA”DAN QARIŞIQ MALİYYƏ NƏTİCƏLƏRİGƏLİR ARTDI, MƏNFƏƏT AZALDI
Технологии

“TESLA”DAN QARIŞIQ MALİYYƏ NƏTİCƏLƏRİGƏLİR ARTDI, MƏNFƏƏT AZALDI

“Tesla” 2026-cı ilin ikinci rübünün maliyyə nəticələrini açıqlayıb. Marja .az xəbər verir ki,Şirkətin gəliri analitiklərin proqnozunu üstələsə də, mənfəəti gözləniləndən aşağı olub. Nəticələrin açıqlanmasından sonra şirkətin səhmləri ucuzlaşıb.İkinci rübdə “Tesla”nın gəliri 28,24 milyard dollar olub. Bu, proqnozlaşdırılan 25,71 milyard dollardan yüksəkdir. Lakin bir səhmə düşən düzəliş edilən mənfəət gözlənilən 51 sent əvəzinə 33 sent təşkil […]

2 мин чтения
QİYMƏTİ 1400 DOLLARDIRDİL HƏRƏKƏTLƏRİ İLƏ SMARTFON VƏ KOMPÜTER İDARƏ EDƏN TEXNOLOGİYA
Технологии

QİYMƏTİ 1400 DOLLARDIRDİL HƏRƏKƏTLƏRİ İLƏ SMARTFON VƏ KOMPÜTER İDARƏ EDƏN TEXNOLOGİYA

ABŞ-dən olan startap ağız üçün taçpad buraxıb.O , damağa bərkidilir və dilin hərəkətləri ilə kompüterləri və smartfonları idarə etməyə imkan verir.”MouthPad” cəmi 10 qram çəkiyə malikdir və bir dəfə doldurulmaqla 7 saata qədər işləyir. O, ilk növbədə fiziki imkanları məhdud şəxslər üçün yaradılsa da, istəyən hər kəsə satılır.Hər bir nüsxə çənənin qəlibinə əsasən fərdi şəkildə […]

1 мин чтения
İNSANLAR DEDİKLƏRİMİN GERÇƏKLƏŞƏCƏYİNİ DƏRK ETMİRLƏR
Технологии

İNSANLAR DEDİKLƏRİMİN GERÇƏKLƏŞƏCƏYİNİ DƏRK ETMİRLƏR

Yaxın beş il ərzində süni intellekt sistemləri bütün insanların ümumi intellekt səviyyəsini geridə qoya bilər. ABŞ-nin “SpaceX” şirkətinin qurucusu İlon Mask bu fikirləri The Economist nəşrinə müsahibəsində səsləndirib.”İnsanlar dediklərimin gerçəkləşəcəyini dərk etmirlər”, – deyə o bildirib.Maskın sözlərinə görə, süni intellekt onu eyni gün ərzində həm həyəcanlandıra, həm də qorxuya sala bilir. Buna baxmayaraq, o, gələcəyə […]

2 мин чтения