Перейти к содержанию
Biznes TV
Рынки
USD/AZN1,70000,00%EUR/AZN1,97290,00%Brent106,10$1,42%Qızıl7 363,900,00%TRY/AZN0,03500,00%Uçot dərəcəsi7,25%0,00%
Технологии

“BÜLLETEN”LƏRLƏ BAĞLI YENİLİK

Biznes TV2 мин чтения
Поделиться
“BÜLLETEN”LƏRLƏ BAĞLI YENİLİK

“BÜLLETEN”LƏRLƏ BAĞLI YENİLİK ARTIQ ELEKTRON XƏSTƏLİK VƏRƏQƏSİNƏ ƏSASƏN VERİLƏCƏK

Azərbaycanda əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinətlərin verilməsi qaydalarında köklü dəyişikliklər qüvvəyə minib.Oxu. az xəbər verir ki, yeni qaydalara əsasən, bu proses tamamilə rəqəmsallaşdırılaraq kağız daşıyıcılardan imtina edilib.Bundan sonra tibb müəssisələri tərəfindən tərtib edilən xəstəlik vərəqələri birbaşa Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sisteminə ötürüləcək. Vətəndaşların bu müavinəti almaq hüququ qazanması üçün ən azı 6 ay sosial sığorta stajının olması mütləq şərtdir. Müavinət işçinin xəstələndiyi ilk gündən tam sağalanadək, lakin bir ildən çox olmayan müddət üçün ödəniləcək. Xəstəlik müddətinin ilk 14 təqvim günü üçün müavinət birbaşa işəgötürənin vəsaiti hesabına ödənilir. Əgər xəstəlik 14 gündən çox davam edərsə, yerdə qalan günlərin ödənişi dövlət büdcəsi tərəfindən qarşılanacaq.Fasiləsiz davam edən xəstəlik halları -bir neçə bülleten ardıcıl verilərsə vahid hal kimi qiymətləndirilir və işəgötürən 14 günlük ödənişi yalnız bir dəfə edir. Lakin xəstəliklər arasında kəsilmə olarsa, hər dəfə ilk 14 gün işəgötürənin öhdəliyində qalır. Müavinətin məbləği işçinin stajından asılı olmayaraq, ümumi qazancın 100 faizi miqdarında müəyyən edilib. Hesablama üçün şəxsin xəstələnmə ayından əvvəlki son 4 rüb ərzində ödənilmiş sosial sığorta haqları əsas götürülür.Bununla belə, ödənişlərdə qoyulub. Müavinətin aylıq məbləği minimum pensiyanın 25 mislindən artıq ola bilməz. Məbləğ işçinin aylıq vəzifə maaşının iki qatından çox ola bilməz.

xəbərlər

Похожие материалы

AZAL TƏYYARƏLƏRİNDƏ WI-FI XİDMƏTİ
Технологии

AZAL TƏYYARƏLƏRİNDƏ WI-FI XİDMƏTİ

AZAL TƏYYARƏLƏRİNDƏ WI-FI XİDMƏTİUÇUŞ ZAMANI İNTERNETDƏN İSTİFADƏ MÜMKÜN OLACAQ Prezident yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi Azərbaycan Hava Yolları yeni nəsil təyyarələrdə sərnişinlər üçün internet xidmətinin təşkili ilə bağlı müraciətinə razılıq verib.Bu barədə “Report”a Dövlət Agentliyindən məlumat verilib.Araşdırma zamanı təyyarələrdə internet xidmətinin təşkili ilə bağlı müqavilələr və digər hüquqi sənədlər təhlil olunub. Nəticədə […]

2 мин чтения
SOSİAL ŞƏBƏKƏDƏ QUMAR TƏŞKİL EDƏNLƏRƏ SƏRT CƏZA
Технологии

SOSİAL ŞƏBƏKƏDƏ QUMAR TƏŞKİL EDƏNLƏRƏ SƏRT CƏZA

SOSİAL ŞƏBƏKƏDƏ QUMAR TƏŞKİL EDƏNLƏRƏ SƏRT CƏZA HƏBS MÜDDƏTİ 4 İLƏ QƏDƏR ARTIRILA BİLƏR Azərbaycanda onlayn və sosial şəbəkələr üzərindən qumar təşkil edənlərə cəzaların sərtləşdirilməsi təklif olunur.Layihəyə əsasən, qumar oyunlarının internet, mobil tətbiqlər və sosial şəbəkələr vasitəsilə təkrar təşkili və ya keçirilməsi zamanı şəxslər əldə edilən gəlirin iki mislinədək cərimələnə və ya 2 ildən 4 […]

1 мин чтения
İFLİC OLAN İNSANLAR ÜÇÜN YENİ ÜMİDDÜŞÜNCƏ İLƏ HƏRƏKƏT EDƏN ƏLİL ARABASI SINAQDAN KEÇİRİLDİ
Технологии

İFLİC OLAN İNSANLAR ÜÇÜN YENİ ÜMİDDÜŞÜNCƏ İLƏ HƏRƏKƏT EDƏN ƏLİL ARABASI SINAQDAN KEÇİRİLDİ

İlon Maskın Neuralink şirkəti beyinə yerləşdirilmiş çip vasitəsilə düşüncə ilə idarə olunan əlil arabası yaradıb.İmplant hərəkət istiqaməti ilə bağlı siqnalları oxuyur və onları virtual coystik üçün əmrlərə çevirir. Bunun sayəsində tamamilə iflic olan insanlar tərpənmədən arabaya nəzarət edə bilirlər.Bənzər çiplərə sahib olan pasiyentlər, həmçinin düşüncə ilə kompyuterlərdə işləmək, hətta təyyarələri və robotları idarə etmək qabiliyyətinə […]

1 мин чтения
“TESLA”DAN QARIŞIQ MALİYYƏ NƏTİCƏLƏRİGƏLİR ARTDI, MƏNFƏƏT AZALDI
Технологии

“TESLA”DAN QARIŞIQ MALİYYƏ NƏTİCƏLƏRİGƏLİR ARTDI, MƏNFƏƏT AZALDI

“Tesla” 2026-cı ilin ikinci rübünün maliyyə nəticələrini açıqlayıb. Marja .az xəbər verir ki,Şirkətin gəliri analitiklərin proqnozunu üstələsə də, mənfəəti gözləniləndən aşağı olub. Nəticələrin açıqlanmasından sonra şirkətin səhmləri ucuzlaşıb.İkinci rübdə “Tesla”nın gəliri 28,24 milyard dollar olub. Bu, proqnozlaşdırılan 25,71 milyard dollardan yüksəkdir. Lakin bir səhmə düşən düzəliş edilən mənfəət gözlənilən 51 sent əvəzinə 33 sent təşkil […]

2 мин чтения