Перейти к содержанию
Biznes TV
Рынки
USD/AZN1,70000,00%EUR/AZN1,97840,00%Brent108,21$6,92%Qızıl7 494,820,00%TRY/AZN0,03510,00%Uçot dərəcəsi7,25%0,00%
Банки и финансы

FAİZSİZ BANKÇILIQLA BAĞLI YENİ AÇIQLAMA

Biznes TV2 мин чтения
Поделиться
FAİZSİZ BANKÇILIQLA BAĞLI YENİ AÇIQLAMA

FAİZSİZ BANKÇILIQLA BAĞLI YENİ AÇIQLAMA BOKT-LAR YALNIZ ÜÇ İSLAM MALİYYƏSİ MƏHSULU TƏQDİM EDƏCƏK

Azərbaycan Mərkəzi Bankı ölkədə islam bankçılığı sisteminin tətbiqi ilə bağlı hazırlıq işlərini davam etdirir. Mərkəzi Bankın baş direktoru Şahin Mahmudzadənin sözlərinə görə, bunun üçün bir sıra qanunlara dəyişiklik layihələri hazırlanaraq aidiyyəti dövlət qurumlarına təqdim olunub.

İlk mərhələdə sistem “islam pəncərəsi” modeli ilə fəaliyyət göstərəcək. Bu modelə əsasən, mövcud banklar ənənəvi bank xidmətləri ilə yanaşı, islam maliyyəsi prinsiplərinə uyğun məhsullar da təqdim edə biləcəklər.Banklar bir neçə islam maliyyə məhsullarını təqdim edəcəklər.

İstisna – istehsal və ya tikinti layihələrinin maliyyələşdirilməsi üçün sifariş əsaslı müqavilə;

Murabaha – bankın malı alıb müştəriyə razılaşdırılmış mənfəətlə satdığı alqı-satqı maliyyələşməsi;

İjara – maliyyə lizinqinə bənzər icarə əsaslı maliyyələşdirmə;

Mudaraba – bank və müştərinin mənfəət və zərəri bölüşdüyü investisiya modeli;

Vadiə – tələbli depozitə bənzər əmanət məhsulu.

Bank olmayan kredit təşkilatları bunlardan yalnız üç məhsul təqdim edə biləcəklər.İstisna,Murabaha və İjara.Mərkəzi Bankın nəzarəti altında iki bank artıq islam maliyyə məhsullarını sınaqdan keçirir.

Azərbaycan Beynəlxalq Bankı daşınar və daşınmaz əmlakın maliyyələşdirilməsi üçün Murabaha məhsulunu test edir.

Rabitəbank isə həm Murabaha, həm də Mudaraba məhsullarını sınaqdan keçirir.

Sınaq mərhələsinin 2 fevral 2027-ci il tarixinədək davam etməsi planlaşdırılır.Mərkəzi Bank bildirir ki, məqsəd beynəlxalq islam maliyyəsi standartlarını Azərbaycan qanunvericiliyinə uyğun şəkildə tətbiq etmək və ölkədə bu sahənin inkişafını təmin etməkdir.

bankxəbərlər

Похожие материалы

XARİCİ İNVESTORLAR ÜÇÜN MÜHÜM DƏYİŞİKLİK
Банки и финансы

XARİCİ İNVESTORLAR ÜÇÜN MÜHÜM DƏYİŞİKLİK

XARİCİ İNVESTORLAR ÜÇÜN MÜHÜM DƏYİŞİKLİK“VALYUTA TƏNZİMİ HAQQINDA” QANUNA DƏYİŞİKLİK EDİLDİ Qeyri-rezidentlərin Azərbaycana qoyduqları investisiyalardan əldə etdikləri mənfəətin, dividendlərin və investisiyanın realizə edilməsi nəticəsində yaranan əlavə dəyərin repatriasiyasına məbləğ məhdudiyyəti tətbiq edilməyəcək. “Valyuta tənzimi haqqında” qanuna təklif edilən dəyişikliyə əsasən köçürmə zamanı vəsaitin əvvəllər Azərbaycana gətirilməsini təsdiq edən ilkin gömrük bəyannaməsi və ya bank çıxarışının təqdim […]

1 мин чтения
MALİYYƏ NAZİRLİYİ 8 AYLIQ SÜKUTU POZDU
Банки и финансы

MALİYYƏ NAZİRLİYİ 8 AYLIQ SÜKUTU POZDU

MALİYYƏ NAZİRLİYİ 8 AYLIQ SÜKUTU POZDUDÖRD BANKA 73 MİLYON MANAT YERLƏŞDİRİLİB Maliyyə Nazirliyi 8 aylıq fasilədən sonra depozit hərraclarını yenidən bərpa edib. Nazirlikdən verilən məlumata görə dövlət büdcəsi vəsaitlərinin daha səmərəli idarə olunması məqsədilə xəzinə hesabının milli valyutada olan vəsaitlərinin yerli banklarda depozitə yerləşdirilməsi üçün depozit hərracı təşkil edilib. Hərracın nəticələrinə əsasən, xəzinə hesabının 73 […]

1 мин чтения
EMİN AĞALAROV HANSI ŞİRKƏTLƏRDƏN NƏ QƏDƏR QAZANIR?
Банки и финансы

EMİN AĞALAROV HANSI ŞİRKƏTLƏRDƏN NƏ QƏDƏR QAZANIR?

EMİN AĞALAROV HANSI ŞİRKƏTLƏRDƏN NƏ QƏDƏR QAZANIR?RUSİYADAKI 56 ŞİRKƏTİN GƏLİRLƏRİ AÇIQLANDI Azərbaycanın Xalq artisti və iş adamı Emin Ağalarovun Rusiyada təsisçi kimi pay sahibi olduğu şirkətlərin 2025-ci il üzrə maliyyə göstəriciləri məlum olub. Yeniavaz.com-un Rusiyanın rəsmi qurumlarına istinadən yaydığı məlumata görə, hazırda Emin Ağalarovun Rusiyada 56 şirkətdə payı var. Bu şirkətlərin 2025-ci ildə əldə etdiyi […]

2 мин чтения