Перейти к содержанию
Biznes TV
Рынки
USD/AZN1,70000,00%EUR/AZN1,97290,00%Brent106,10$1,42%Qızıl7 363,900,00%TRY/AZN0,03500,00%Uçot dərəcəsi7,25%0,00%
Бизнес

HANSI BİZNESLƏR GƏLİR VƏD EDİR?

Biznes TV2 мин чтения
Поделиться
HANSI BİZNESLƏR GƏLİR VƏD EDİR?

HANSI BİZNESLƏR GƏLİR VƏD EDİR? KOBİA SAHİBKARLAR ÜÇÜN 9 PERSPEKTİVLİ SAHƏNİ AÇIQLADI

Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin təşəbbüsü ilə sahibkarlar üçün doqquz istiqamət üzrə daxili bazar araşdırmaları aparılıb.Bu barədə KOBİA məlumat yayıb. Araşdırmalar bu sahələri əhatə edir:

  • bulqur və mərci istehsalı;
  • mebel üçün metal və plastik aksesuarlar və mexanizmlər istehsalı;
  • tikinti və qida məhsullarının qablaşdırılmasında istifadə olunan dəmir qutuların istehsalı;
  • süd və şirə məhsullarının qablaşdırılması üçün karton qutuların istehsalı;
  • velosiped hissələrinin istehsalı;
  • tikinti üçün izolyasiya məhsullarının istehsalı;
  • strafor – genişlənmiş polistirol istehsalı;
  • kalsium-karbonat emalı;
  • yerfındığı məhsullarının istehsalı. Bu sahələrdə məhsul və xidmətlər yaratmaq, eləcə də fəaliyyətini genişləndirmək istəyən sahibkarlar KOBİA-nın www.smb.gov.az internet saytına daxil olaraq müvafiq bazar araşdırmaları ilə tanış ola bilərlər.Qeyd edək ki, daxili bazar araşdırması mexanizmi üzrə dövlət dəstəyi KOBİA tərəfindən təmin edilir. Daxili bazar araşdırması sahibkarların müraciəti və KOBİA-nın təşəbbüsü əsasında aparılır. Belə ki, mikrosahibkarlıq subyektləri üçün araşdırma xərclərinin 80 faizi, kiçik sahibkarlıq subyektləri üçün isə 50 faizi dövlət tərəfindən qarşılanır. Hər bir daxili bazar araşdırmasının aparılmasına görə ödənilən dəstək məbləği maksimum 20 min manatdır.Sahibkarların müraciəti əsasında aparılan bazar araşdırmaları KOBİA-nın sifarişi ilə və “Dövlət satınalmaları haqqında” qanuna uyğun olaraq tender yolu ilə həyata keçirilir. Müraciət etmək istəyən sahibkarlar Agentliyin saytında yerləşdirilən ərizə formasını dolduraraq birbaşa və ya elektron qaydada müraciət edə bilərlər.
biznesxəbərlər

Похожие материалы

SAHİBKARIN 4 MİLYONUNU GERİ ÖDƏDİLƏR
Бизнес

SAHİBKARIN 4 MİLYONUNU GERİ ÖDƏDİLƏR

SAHİBKARIN 4 MİLYONUNU GERİ ÖDƏDİLƏRİKİ NƏFƏR HƏBSDƏN AZAD EDİLDİ İş adamı Quvat Beybutovun 4 milyon manatdan çox pulunu dələduzluq yolu ilə ələ keçirməkdə ittiham olunan dəstə üzvlərinin cinayət işi üzrə məhkəmə araşdırması başa çatıb. “Qafqazinfo”nun əldə etdiyi məlumata görə, aralarında məşhur şəxslərin də olduğu 5 nəfər mühakimə edilib. Onlardan yalnız iki nəfəri həbsdə idi. Dəstə […]

2 мин чтения
TİBB MÜƏSSİSƏSİ TENDER ELAN ETDİ
Бизнес

TİBB MÜƏSSİSƏSİ TENDER ELAN ETDİ

TİBB MÜƏSSİSƏSİ TENDER ELAN ETDİONKOLOGİYA MƏRKƏZİ 35 MİLYON MANATI NƏYƏ XƏRCLƏYƏCƏK? Milli Onkologiya Mərkəzi açıq tender elan edib.Oxu.Az-ın əldə etdiyi məlumata görə, tenderin ehtimal olunan qiyməti 35 milyon 486 min 417 manat təşkil edir.Müvafiq sənədə əsasən, satınalma çərçivəsində kimyəvi dərman preparatları, laborator müayinələrdə və tibbi testlərdə istifadə olunan xüsusi kimyəvi maddə yəni laborator reagentlər, sərf […]

1 мин чтения
İŞƏGÖTÜRƏNİ HANSI HALDA 3 MİN MANATLIQ CƏRİMƏ GÖZLƏYİR?
Бизнес

İŞƏGÖTÜRƏNİ HANSI HALDA 3 MİN MANATLIQ CƏRİMƏ GÖZLƏYİR?

İŞƏGÖTÜRƏNİ HANSI HALDA 3 MİN MANATLIQ CƏRİMƏ GÖZLƏYİR?AZƏRBAYCANDA YENİ CƏRİMƏLƏR MÜƏYYƏNLƏŞDİ İnzibati Xətalar Məcəlləsinə dəyişiklik edilib.Yeni dəyişikliklərə əsasən, bir sıra sahələrdə cərimələr müəyyənləşdirilib və bəzi inzibati məsuliyyət tədbirləri yenilənib.Belə ki, tibbi müayinə rəyinə əsasən narkoloji xəstə olan şəxsin qanunvericiliklə fəaliyyət məhdudiyyəti nəzərdə tutulan peşə və vəzifələrə işə qəbul edilməsinə və ya həmin şəxslə əmək münasibətlərinin […]

2 мин чтения
KAFE VƏ RESTORANLARDA POZUNTU
Бизнес

KAFE VƏ RESTORANLARDA POZUNTU

KAFE VƏ RESTORANLARDA POZUNTUƏHALİYƏ AT ƏTİ VERİLİRMİŞ İctimai iaşə müəssisələrində, restoran və kafelərdə 7500-ə yaxın yoxlama aparılıb. Bu yoxlamalar zamanı 626 müəssisədə baytarlıq-sanitariya ekspertizasından keçməyən və mənşəyi məlum olmayan ətlər, o cümlədən at əti aşkarlanıb.Bunu Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli “Trend” İnformasiya Agentliyinə və “Xəzər” TV-yə birgə müsahibəsində deyib.Onun sözlərinə görə 500 kiloqrama […]

1 мин чтения