Перейти к содержанию
Biznes TV
Рынки
USD/AZN1,70000,00%EUR/AZN1,97290,00%Brent104,81$2,62%Qızıl7 363,900,00%TRY/AZN0,03500,00%Uçot dərəcəsi7,25%0,00%
Технологии

“HYUNDAI” ZAVODUNDA ETİRAZ

Biznes TV1 мин чтения
Поделиться
“HYUNDAI” ZAVODUNDA ETİRAZ
Arxiv şəkli — orijinal foto mənbədə mövcud deyil

“HYUNDAI” ZAVODUNDA ETİRAZ İŞÇİLƏR ROBOTLARA “YOX” DEDİ

Cənubi Koreyanın “Hyundai Motor” şirkətinin həmkarlar ittifaqı əməkdaşların razılığı olmadan humanoid robotların istehsalatda istifadəsinə qarşı çıxıb.“İşçilər və rəhbərlik arasında razılaşma olmadan heç bir humanoid robot istehsal xətlərinə buraxılmayacaq”, – deyə təşkilatdan bildirilib. Həmkarlar ittifaqı, Las-Veqasda keçirilən CES 2026 sərgisində təqdim olunan “Atlas” robotunun işçilərin iş imkanlarına təsir edə biləcəyindən narahatdır. Robot gündə 18–24 saat işləyə bilir, qiyməti 136 min dollar, illik texniki xidmət xərcləri isə 9 500 dollar təşkil edir. Adi işçilərə isə ildə təxminən 88 min dollar xərclənir və onların iş günü 8–10 saatdır. Qeyd edək ki, “Hyundai Motor” səhmləri ilin əvvəlindən bəri 70 faizdən çox bahalaşıb. Sərmayədarlar süni intellektin və robot texnologiyasının inkişafı sayəsində xərclərin azalacağına, məhsuldarlığın isə artacağına inanırlar.

hyundaimaşınqlobalrobotxəbərlər

Похожие материалы

İFLİC OLAN İNSANLAR ÜÇÜN YENİ ÜMİDDÜŞÜNCƏ İLƏ HƏRƏKƏT EDƏN ƏLİL ARABASI SINAQDAN KEÇİRİLDİ
Технологии

İFLİC OLAN İNSANLAR ÜÇÜN YENİ ÜMİDDÜŞÜNCƏ İLƏ HƏRƏKƏT EDƏN ƏLİL ARABASI SINAQDAN KEÇİRİLDİ

İlon Maskın Neuralink şirkəti beyinə yerləşdirilmiş çip vasitəsilə düşüncə ilə idarə olunan əlil arabası yaradıb.İmplant hərəkət istiqaməti ilə bağlı siqnalları oxuyur və onları virtual coystik üçün əmrlərə çevirir. Bunun sayəsində tamamilə iflic olan insanlar tərpənmədən arabaya nəzarət edə bilirlər.Bənzər çiplərə sahib olan pasiyentlər, həmçinin düşüncə ilə kompyuterlərdə işləmək, hətta təyyarələri və robotları idarə etmək qabiliyyətinə […]

1 мин чтения
İNSANLAR DEDİKLƏRİMİN GERÇƏKLƏŞƏCƏYİNİ DƏRK ETMİRLƏR
Технологии

İNSANLAR DEDİKLƏRİMİN GERÇƏKLƏŞƏCƏYİNİ DƏRK ETMİRLƏR

Yaxın beş il ərzində süni intellekt sistemləri bütün insanların ümumi intellekt səviyyəsini geridə qoya bilər. ABŞ-nin “SpaceX” şirkətinin qurucusu İlon Mask bu fikirləri The Economist nəşrinə müsahibəsində səsləndirib.”İnsanlar dediklərimin gerçəkləşəcəyini dərk etmirlər”, – deyə o bildirib.Maskın sözlərinə görə, süni intellekt onu eyni gün ərzində həm həyəcanlandıra, həm də qorxuya sala bilir. Buna baxmayaraq, o, gələcəyə […]

2 мин чтения
AZAL TƏYYARƏLƏRİNDƏ WI-FI XİDMƏTİ
Технологии

AZAL TƏYYARƏLƏRİNDƏ WI-FI XİDMƏTİ

AZAL TƏYYARƏLƏRİNDƏ WI-FI XİDMƏTİUÇUŞ ZAMANI İNTERNETDƏN İSTİFADƏ MÜMKÜN OLACAQ Prezident yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi Azərbaycan Hava Yolları yeni nəsil təyyarələrdə sərnişinlər üçün internet xidmətinin təşkili ilə bağlı müraciətinə razılıq verib.Bu barədə “Report”a Dövlət Agentliyindən məlumat verilib.Araşdırma zamanı təyyarələrdə internet xidmətinin təşkili ilə bağlı müqavilələr və digər hüquqi sənədlər təhlil olunub. Nəticədə […]

2 мин чтения
SOSİAL ŞƏBƏKƏDƏ QUMAR TƏŞKİL EDƏNLƏRƏ SƏRT CƏZA
Технологии

SOSİAL ŞƏBƏKƏDƏ QUMAR TƏŞKİL EDƏNLƏRƏ SƏRT CƏZA

SOSİAL ŞƏBƏKƏDƏ QUMAR TƏŞKİL EDƏNLƏRƏ SƏRT CƏZA HƏBS MÜDDƏTİ 4 İLƏ QƏDƏR ARTIRILA BİLƏR Azərbaycanda onlayn və sosial şəbəkələr üzərindən qumar təşkil edənlərə cəzaların sərtləşdirilməsi təklif olunur.Layihəyə əsasən, qumar oyunlarının internet, mobil tətbiqlər və sosial şəbəkələr vasitəsilə təkrar təşkili və ya keçirilməsi zamanı şəxslər əldə edilən gəlirin iki mislinədək cərimələnə və ya 2 ildən 4 […]

1 мин чтения