MEDİA AGENTLİYİ LƏĞV EDİLDİ

Prezident İlham Əliyevin imzaladığı yeni sərəncamla Media və Yayım Şurasının sədri və üzvləri təyin edilib.Əhməd Məhəmməd oğlu İsmayılov Media və Yayım Şurasının sədri təyin edilib.Sərəncamla qurumun üzvlərinin də tərkibi müəyyənləşib. Onlar Məhəmməd İzzət oğlu Abdullayev Aynur Əliövsət qızı Bəşirli Rəqsanə Tofik qızı Kərimova Fərhad Rauf oğlu Məmmədov İlkin İlqar oğlu Nadirov Fazil Hacıverdi oğlu Novruzovdur. Qeyd edək ki, Azərbaycan Respublikası Media və Yayım Şurası Prezident İlham Əliyevin müvafiq Fərmanı ilə yaradılıb. Sənədə əsasən, Azərbaycan Respublikası Media və Yayım Şurası Audiovizual Şurasının hüquqi varisidir, onun hüquq və öhdəlikləri, habelə əmlakı Şuraya keçir. Media və Yayım Şurasının işçilərinin say həddi 108 ştat vahididir.Bundan başqa “Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi” publik hüquqi şəxs ləğv edilib. Onun hüquq və öhdəlikləri, habelə əmlakı Şuraya verilib. "Media haqqında" qanunda edilən dəyişikliklərəəsasən, Media və Yayım Şurası Azərbaycanda media və yayım sahəsində səlahiyyətli dövlət orqanı sayılır.https://report.az/daxili-siyaset/media-ve-yayim-surasina-sedr-ve-uzvler-teyin-edilib





