Перейти к содержанию
Biznes TV
Рынки
USD/AZN1,70000,00%EUR/AZN1,97290,00%Brent104,76$2,67%Qızıl7 363,900,00%TRY/AZN0,03500,00%Uçot dərəcəsi7,25%0,00%
Технологии

“mygov”da bütün sənədləri “SİMA İmza” ilə əldə etmək mümkündür!

Biznes TV2 мин чтения
Поделиться
“mygov”da bütün sənədləri “SİMA İmza” ilə əldə etmək mümkündür!

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyindəki “AzInTelecom” MMC tərəfindən yaradılmış SİMA yeni nəsil rəqəmsal imza ilə “mygov” mobil tətbiqinə giriş imkanı yaradılıb.

Vətəndaşlar “digital.login” vahid giriş sistemi üzərindən “mygov” platformasına daxil olmaqla müxtəlif dövlət qurumları üzrə məlumatları əldə edə bilərlər.

İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin təqdim etdiyi “mygov” rəqəmsal hökumət platformasında iş və yaşayış yeri, ailə tərkibi, adına olan əmlaklar, diplomlar, mobil nömrələr, cərimələr, etibarnamələr və s. daxil olmaqla 40-dan çox rəqəmsal məlumat, eləcə də şəxsiyyət vəsiqəsi, nikah, doğum və ölüm haqqında şəhadətnamə kimi rəqəmsal sənədlər təqdim olunur. Vətəndaşlar bu rəqəmsal sənəd və məlumatları QR kod, yaxud PDF şəklində paylaşa bilərlər.

Tətbiq sayəsində vətəndaşlar üçün qurumlar tərəfindən fərdi məlumatların istifadəsinə nəzarət etmək imkanı da yaradılıb. Eyni zamanda ailə qurmaq, valideyn olmaq və ailə üzvünün vəfatı kimi həyat hadisələri zamanı zəruri dövlət xidmətləri “mygov” üzərindən təqdim olunur.

“SİMA İmza”nı əldə etmək üçün mobil telefona eyniadlı tətbiqi yükləmək kifayətdir. Tətbiqdən istifadə vətəndaşlar üçün ödənişsizdir.

SİMA yeni nəsil rəqəmsal imza ilə bağlı daha ətraflı məlumatı www.sima.az saytından və “157” Zəng Mərkəzi ilə əlaqə saxlayaraq əldə etmək olar.

Похожие материалы

İFLİC OLAN İNSANLAR ÜÇÜN YENİ ÜMİDDÜŞÜNCƏ İLƏ HƏRƏKƏT EDƏN ƏLİL ARABASI SINAQDAN KEÇİRİLDİ
Технологии

İFLİC OLAN İNSANLAR ÜÇÜN YENİ ÜMİDDÜŞÜNCƏ İLƏ HƏRƏKƏT EDƏN ƏLİL ARABASI SINAQDAN KEÇİRİLDİ

İlon Maskın Neuralink şirkəti beyinə yerləşdirilmiş çip vasitəsilə düşüncə ilə idarə olunan əlil arabası yaradıb.İmplant hərəkət istiqaməti ilə bağlı siqnalları oxuyur və onları virtual coystik üçün əmrlərə çevirir. Bunun sayəsində tamamilə iflic olan insanlar tərpənmədən arabaya nəzarət edə bilirlər.Bənzər çiplərə sahib olan pasiyentlər, həmçinin düşüncə ilə kompyuterlərdə işləmək, hətta təyyarələri və robotları idarə etmək qabiliyyətinə […]

1 мин чтения
“TESLA”DAN QARIŞIQ MALİYYƏ NƏTİCƏLƏRİGƏLİR ARTDI, MƏNFƏƏT AZALDI
Технологии

“TESLA”DAN QARIŞIQ MALİYYƏ NƏTİCƏLƏRİGƏLİR ARTDI, MƏNFƏƏT AZALDI

“Tesla” 2026-cı ilin ikinci rübünün maliyyə nəticələrini açıqlayıb. Marja .az xəbər verir ki,Şirkətin gəliri analitiklərin proqnozunu üstələsə də, mənfəəti gözləniləndən aşağı olub. Nəticələrin açıqlanmasından sonra şirkətin səhmləri ucuzlaşıb.İkinci rübdə “Tesla”nın gəliri 28,24 milyard dollar olub. Bu, proqnozlaşdırılan 25,71 milyard dollardan yüksəkdir. Lakin bir səhmə düşən düzəliş edilən mənfəət gözlənilən 51 sent əvəzinə 33 sent təşkil […]

2 мин чтения
QİYMƏTİ 1400 DOLLARDIRDİL HƏRƏKƏTLƏRİ İLƏ SMARTFON VƏ KOMPÜTER İDARƏ EDƏN TEXNOLOGİYA
Технологии

QİYMƏTİ 1400 DOLLARDIRDİL HƏRƏKƏTLƏRİ İLƏ SMARTFON VƏ KOMPÜTER İDARƏ EDƏN TEXNOLOGİYA

ABŞ-dən olan startap ağız üçün taçpad buraxıb.O , damağa bərkidilir və dilin hərəkətləri ilə kompüterləri və smartfonları idarə etməyə imkan verir.”MouthPad” cəmi 10 qram çəkiyə malikdir və bir dəfə doldurulmaqla 7 saata qədər işləyir. O, ilk növbədə fiziki imkanları məhdud şəxslər üçün yaradılsa da, istəyən hər kəsə satılır.Hər bir nüsxə çənənin qəlibinə əsasən fərdi şəkildə […]

1 мин чтения
İNSANLAR DEDİKLƏRİMİN GERÇƏKLƏŞƏCƏYİNİ DƏRK ETMİRLƏR
Технологии

İNSANLAR DEDİKLƏRİMİN GERÇƏKLƏŞƏCƏYİNİ DƏRK ETMİRLƏR

Yaxın beş il ərzində süni intellekt sistemləri bütün insanların ümumi intellekt səviyyəsini geridə qoya bilər. ABŞ-nin “SpaceX” şirkətinin qurucusu İlon Mask bu fikirləri The Economist nəşrinə müsahibəsində səsləndirib.”İnsanlar dediklərimin gerçəkləşəcəyini dərk etmirlər”, – deyə o bildirib.Maskın sözlərinə görə, süni intellekt onu eyni gün ərzində həm həyəcanlandıra, həm də qorxuya sala bilir. Buna baxmayaraq, o, gələcəyə […]

2 мин чтения