Перейти к содержанию
Biznes TV
Рынки
USD/AZN1,70000,00%EUR/AZN1,97840,00%Brent101,73$0,51%Qızıl7 494,820,00%TRY/AZN0,03510,00%Uçot dərəcəsi7,25%0,00%
Экономика

NEFT FONDU NƏ QƏDƏR GƏLİR ƏLDƏ ETDİ?

Biznes TV1 мин чтения
Поделиться
NEFT FONDU NƏ QƏDƏR GƏLİR ƏLDƏ ETDİ?

Azərbaycan Dövlət Neft Fondunun aktivləri 2026-cı ilin ilk 6 ayının sonunda 72,6 milyard ABŞ dolları -123,4 milyard manat təşkil edib. Bu, ilin əvvəli ilə müqayisədə azalma deməkdir.Fondun məlumatına görə, yanvar-iyun aylarında neft-qaz gəlirləri 4,95 milyard manat,investisiyaların idarə olunmasından gəlirlər 3,58 milyard manat olub.Bu dövrdə ARDNF-in ümumi gəlirləri 8,53 milyard manat təşkil edib.

Fond dövlət büdcəsinə 6,42 milyard manat transfert edib. Təhsil proqramlarına 14,3 milyon manat, idarəetmə xərclərinə isə 15,4 milyon manat ayrılıb.ARDNF bildirib ki, qızılın qiymətinin və valyuta məzənnələrinin dəyişməsi nəticəsində 3,69 milyard manat büdcədənkənar xərc yaranıb. Bundan əlavə, ABŞ-İran gərginliyi səbəbindən ilin əvvəlində maliyyə bazarlarında dalğalanma olsa da, ikinci rübdə bazarlar əsasən bərpa olunub. Qızılın qiyməti isə ikinci rübdə enməyə davam edib.

dollardövlətgəlirmanatmilyardneftqızıl

Похожие материалы

VALYUTA EHTİYATLARINDAN ƏLAVƏ GƏLİR ƏLDƏ OLUNACAQ MƏRKƏZİ BANK İLK DƏFƏ QİYMƏTLİ KAĞIZLARIN İCARƏSİNƏ BAŞLAYIB
Экономика

VALYUTA EHTİYATLARINDAN ƏLAVƏ GƏLİR ƏLDƏ OLUNACAQ MƏRKƏZİ BANK İLK DƏFƏ QİYMƏTLİ KAĞIZLARIN İCARƏSİNƏ BAŞLAYIB

Azərbaycan Mərkəzi Bankı valyuta ehtiyatlarının idarə edilməsində yeni maliyyə alətindən istifadə etməyə başlayıb. Qurum ilk dəfə olaraq qiymətli kağızların icarəyə verilməsi əməliyyatını tətbiq edir.Mərkəzi Bankın məlumatına görə, bu addım valyuta ehtiyatlarının idarə olunmasının daha səmərəli təşkili, tətbiq olunan alətlərin şaxələndirilməsi və əlavə gəlirlərin əldə edilməsi məqsədi daşıyır.Proqram Mərkəzi Bankın uzunmüddətli tərəfdaşı olan Bank of New […]

1 мин чтения
ƏN ÇOX ƏRZAQ VƏ İÇKİ BU BÖLGƏLƏRİMİZDƏ SATILIB AZƏRBAYCANDA ƏRZAQ SATIŞI 37 MİLYARD MANATA YAXINLAŞDI
Экономика

ƏN ÇOX ƏRZAQ VƏ İÇKİ BU BÖLGƏLƏRİMİZDƏ SATILIB AZƏRBAYCANDA ƏRZAQ SATIŞI 37 MİLYARD MANATA YAXINLAŞDI

2025-ci ildə Azərbaycanda ərzaq məhsulları, içkilər və tütün məmulatlarının pərakəndə ticarət dövriyyəsi 36 milyard 911,5 milyon manat olub. Bu, 2024-cü illə müqayisədə 2 milyard 776,9 milyon manat və ya 8,1 faiz çoxdur.Dövlət Statistika Komitəsinin məlumatına görə, ən yüksək dövriyyə Bakı şəhərində qeydə alınıb. Paytaxtda ərzaq, içki və tütün məhsullarının pərakəndə ticarət dövriyyəsi 22 milyard 865,3 […]

2 мин чтения