Перейти к содержанию
Biznes TV
Рынки
USD/AZN1,70000,00%EUR/AZN1,97290,00%Brent104,76$2,67%Qızıl7 363,900,00%TRY/AZN0,03500,00%Uçot dərəcəsi7,25%0,00%
Регионы

NİGAR FƏRHADA DƏLƏDUZLUQ İTTİHAMI

Biznes TV1 мин чтения
Поделиться
NİGAR FƏRHADA DƏLƏDUZLUQ İTTİHAMI

“AİD Group” adı ilə xaricdə təhsil xidmətləri göstərən, aparıcı, ekspert Nigar Fərhad saxlanılıb. Trend-in əldə etdiyi məlumata görə, o, Cinayət Məcəlləsinin dələduzluq maddəsi ilə başlanılan cinayət işində təqsirləndirilən şəxs qismində polis əməkdaşları tərəfindən saxlanılıb. Onun barəsində həbs qətimkan tədbiri seçilməsi üçün məhkəməyə təqdimat göndərilməsi nəzərdə tutulur. Qeyd edək ki, bir qrup vətəndaş “AID Group” xaricdə təhsil şirkətinin fəaliyyəti və Nigar Fərhadla bağlı şikayətlər səsləndirib. Şikayətçilər xaricdə təhsil və iş imkanlarının yaradılması vədi ilə şirkətə minlərlə manat ödəniş etdiklərini, lakin vəd olunan xidmətlərin göstərilmədiyini bildiriblər. Onların sözlərinə görə, ödədikləri vəsaitin geri qaytarılması ilə bağlı müraciətləri də nəticəsiz qalıb. Bir müddət öncə Nigar Fərhadın əri Samir Yəhyazadə həbs edilib. İş onun faktiki rəhbərlik etdiyi “AİD Group” xaricdə təhsil şirkəti ilə bağlıdır. Məhkəmənin qərarı ilə onun barəsində 3 aylıq həbs qətimkan tədbiri seçilib.

nigardələduzluqtəhsilxarici