Orta Dəhlizdə böyük canlanma: Daşımalar 9 dəfə artıb

Orta Dəhlizlə daşınan yüklərin həcmi 2025-ci ilə qədər 4,12 milyon tona çatıb. Bu, 2021-ci ilin göstəricisindən 9 dəfə çoxdur. ABŞ-də fəaliyyət göstərən “Caspian Policy Center”in məqaləsində bildirilir ki, yüklərin böyük hissəsi Xəzər dənizi vasitəsilə daşınır. Liman və sərhəd-keçid məntəqələrindəki gecikmələr səbəbindən 2024-cü ildə yükdaşımaların həcmi 8,4 faiz azalıb.Məqalədə qeyd olunur ki, Azərbaycan, Qazaxıstan və Türkmənistan Orta Dəhlizin inkişafı üçün yeni gəmilərin alınmasına və gəmiqayırma sahəsinə investisiyalar yatırırlar.Azərbaycanın Bakı Gəmiqayırma Zavodunda indiyədək 14 gəmi inşa edilib, 11 gəmi tikilir, 6 gəmi isə layihələndirilir. Zavodun imkanlarına xarici ölkələrdən də maraq var.Müəllif Xəzərin Orta Dəhliz və digər beynəlxalq nəqliyyat marşrutları üçün strateji əhəmiyyətini qoruduğunu vurğulayıb.





