Перейти к содержанию
Biznes TV
Рынки
USD/AZN1,70000,00%EUR/AZN1,97630,00%Brent99,24$1,35%Qızıl7 541,610,00%TRY/AZN0,03510,00%Uçot dərəcəsi7,25%0,00%
Мир

“PEGASUS”UN ZƏRƏRİ 3 DƏFƏYƏ YAXIN ARTDI

Biznes TV2 мин чтения
Поделиться
“PEGASUS”UN ZƏRƏRİ 3 DƏFƏYƏ YAXIN ARTDI

“PEGASUS”UN ZƏRƏRİ 3 DƏFƏYƏ YAXIN ARTDI YANACAQ VƏ TEXNİKİ XƏRCLƏR MALİYYƏ NƏTİCƏLƏRİNİ PİSLƏŞDİRDİ

Türkiyənin aşağı büdcəli aviaşirkəti – “Pegasus” 2026-cı ilin I rübündə 153 milyon avro zərər edib.”Report” Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu, 2025-ci ilin eyni dövrü ilə müqayisədə 2,5 dəfə çoxdur.

Yanvar-mart aylarında “Pegasus”un əsas satış gəlirləri 1 il əvvələ nisbətən 3 % çox – 642 milyon avro olsa da, əsas satışının maya dəyəri11 % artımla 750 milyon avro təşkil edib.3 ayda aviaşirkət 9,8 milyon sərnişin daşıyıb ki, bu da illik müqayisədə 9 % çoxdur. O cümlədən, sərnişin axını daxili reyslərdə 15 %, xarici reyslərdə isə 5 % artıb. Təyyarələrin ümumi doluluq nisbəti 86,3 % olub.Bununla belə, digər xərclərlə birlikdə isə aviaşirkətin vergiyəqədərki mənfəəti cəmi 3 milyon avro olub. Son nəticədə ümumi zərər kəskin artıb. Bu məsələdə yüksək geosiyasi gərginlik fonunda yanacaq qiymətlərinin və texniki xidmət xərclərinin artması, bazar şərtlərinin çətinləşməsi xüsusi rol oynayıb.Xatırladaq ki, “Pegasus” Yaxın Şərqdə baş verən hadisələrlə əlaqədar fevralın sonundan Səudiyyə Ərəbistanındakı iki şəhərə və Oman istisna olmaqla, digər istiqamətlərə uçuşları dayandırmışdı. Mayın ilk həftəsindən başlayaraq İraq, Livan, İordaniya və Birləşmiş Ərəb Əmirliklərinə uçuşlar mərhələli şəkildə bərpa edilib.

qlobalxəbərlər

Похожие материалы

GÜRCÜSTAN MİQRANTLARI ÖLKƏDƏN ÇIXARIR
Мир

GÜRCÜSTAN MİQRANTLARI ÖLKƏDƏN ÇIXARIR

GÜRCÜSTAN MİQRANTLARI ÖLKƏDƏN ÇIXARIR4 MİN NƏFƏR DEPORTASİYA OLUNACAQ 2026-cı ildə Gürcüstandan ən azı 4 min qeyri-qanuni miqrantın çıxarılması planlaşdırılır. Bu barədə Gürcüstanın Baş naziri İrakli Kobaxidze jurnalistlərə açıqlamasında bildirib. Onun sözlərinə görə, ötən il Gürcüstanda təqribən 20 min qanunsuz miqrant olub. “Son bir il ərzində Gürcüstandan son 10 illə müqayisədə daha çox qanunsuz miqrant çıxarılıb. […]

1 мин чтения
MAHMUD ƏHMƏDİNEJAD İSRAİLİN ADAMI OLUB?
Мир

MAHMUD ƏHMƏDİNEJAD İSRAİLİN ADAMI OLUB?

MAHMUD ƏHMƏDİNEJAD İSRAİLİN ADAMI OLUB?İRANIN SABİQ PREZİDENTDİ İLƏ BAĞLI QALMAQALLI İDDİA İsrail İranın sabiq prezidenti Mahmud Əhmədinejadı yenidən hakimiyyətə gətirməyi planlaşdırıb, lakin plan baş tutmayıb. Bu barədə “The New York Times“da dərc olunan yazıda bildirilib. Qeyd olunub ki, Əhmədinejad 2024-cü ildə Macarıstanın paytaxtı Budapeştdə İsrailin xarici kəşfiyyat xidməti “Mossad”la görüş keçirib. Anonim ABŞ rəsmiləri hətta […]

2 мин чтения
XARİCDƏN ÖLKƏYƏ MAL GƏTİRLMƏSİ QAYDASI DƏYİŞİR
Мир

XARİCDƏN ÖLKƏYƏ MAL GƏTİRLMƏSİ QAYDASI DƏYİŞİR

XARİCDƏN ÖLKƏYƏ MAL GƏTİRLMƏSİ QAYDASI DƏYİŞİR24 AY KEÇİD DÖVRÜ NƏZƏRDƏ TUTULUR Qeyri-qida istehlak malları ilə bağlı idxal nəzarət mexanizmi yaradılır. Gömrük Məcəlləsinə təklif edilən dəyişikliyə əsasən ölkəyə gətirilən malların uyğunluq sertifikatı və bəyannaməsi, eyni zamanda tanınmış xarici mənşəli uyğunluq sənədlərlə müşayiət olunmalıdır. Bununla ölkəyə gətirilən qeyri-qida istehlak mallarına tətbiq edilən rejimin yerli və ya digər […]

2 мин чтения
“PORSCHE”DƏ VƏZİYYƏT GƏRGİNLƏŞİR
Мир

“PORSCHE”DƏ VƏZİYYƏT GƏRGİNLƏŞİR

“PORSCHE”DƏ VƏZİYYƏT GƏRGİNLƏŞİRSATIŞLAR DÜŞDÜ, MİNLƏRLƏ İŞÇİ İXTİSAR EDİLƏCƏK Almaniyanın avtomobil sənayesində müşahidə olunan geriləmə lüks avtomobil istehsalçısı Porschenin xərcləri azaltmasına səbəb olub.Şirkət əlavə 4 min iş yerinin ixtisarını planlaşdırır.Fed.az xəbər verir ki,2026-cı ilin ilk altı ayında Porsche-nin satışları demək olar ki, bütün əsas bazarlarda azalıb.Rəhbərlik satışların azalmasını daxiliyanma mühərrikli 718 modelinin istehsalının dayandırılması, ötən il […]

2 мин чтения