Перейти к содержанию
Biznes TV
Рынки
USD/AZN1,70000,00%EUR/AZN1,94930,00%Brent104,09$1,64%Qızıl7 305,350,00%TRY/AZN0,03490,00%Uçot dərəcəsi7,25%0,00%
Экономика

REKORD BÜDCƏ: XƏRCLƏR 42 MİLYARD MANAT

Biznes TV1 мин чтения
Поделиться
REKORD BÜDCƏ: XƏRCLƏR 42 MİLYARD MANAT

Azərbaycanın 2027-ci il dövlət büdcəsinin ilkin göstəriciləri açıqlanıb.Maliyyə Nazirliyinin məlumatına görə, gələn il dövlət büdcəsinin gəlirləri 39 milyard 234 milyon manat, xərcləri isə 42 milyard 400 milyon manat olacaq.Bu, Azərbaycanın tarixində ən yüksək dövlət büdcəsi xərcləri deməkdir. Xərclərin 2026-cı ilin təsdiqləNən iş göstəricisi ilə müqayisədə 696,4 milyon manat və ya 1,7 faiz artacağı gözlənilir.İcmal büdcənin gəlirləri 47 milyard 608,8 milyon manat, xərcləri isə 50 milyard 386,7 milyon manat proqnozlaşdırılır.2027-ci ilin büdcə hesablamalarında neftin bir barelinin qiyməti 65 dollar götürülüb.Büdcə gəlirlərinin 60,5 faizi və ya 23 milyard 754 milyon manatı qeyri-neft-qaz sektorunun, 39,5 faizi və ya 15 milyard 480 milyon manatı isə neft-qaz sektorunun hesabına formalaşacaq.2027-ci ildə Dövlət Neft Fondundan büdcəyə 11,9 milyard manat transfert nəzərdə tutulur. Dolların orta illik məzənnəsinin isə 1,70 manat olacağı proqnozlaşdırılır.

milyardpulbüdcexərc2027