Перейти к содержанию
Biznes TV
Рынки
USD/AZN1,70000,00%EUR/AZN1,97290,00%Brent104,42$2,98%Qızıl7 363,900,00%TRY/AZN0,03500,00%Uçot dərəcəsi7,25%0,00%
Экономика

Sabirabadda 31 min 587 ton pambıq istehsal edilib

Biznes TV1 мин чтения
Поделиться
Sabirabadda 31 min 587 ton pambıq istehsal edilib
Arxiv şəkli — orijinal foto mənbədə mövcud deyil

Sabirabad rayonunda indiyədək 31 min 587 ton pambıq istehsal olunub.

Bu barədə “Report”un Aran bürosuna Sabirabad Rayon Dövlət Aqrar İnkişaf Mərkəzindən bildirilib.

Məlumata görə, pambıq sahələrinin hər hektarından hələlik 24 sentner məhsul götürülüb.

Qeyd edək ki, bu il rayonda pambıq yığımına 50 pambıqyığan maşın cəlb edilib. Lakin son vaxtlar havaların qeyri-sabit keçməsi məhsul yığımında çətinliklər yaradıb. Yer yaş olduğundan pambıqyığan maşınlar sahələrə girə bilmir. Tarlalarda xeyli məhsul qalıb.

Bununla belə rayonda məhsul yığımı davam edir.