Перейти к содержанию
Biznes TV
Рынки
USD/AZN1,70000,00%EUR/AZN1,96610,00%Brent107,39$2,66%Qızıl7 360,300,00%TRY/AZN0,03500,00%Uçot dərəcəsi7,25%0,00%
Экономика

SOCAR İtaliyadan Gürcüstana ilk benzin ixracı

Biznes TV1 мин чтения
Поделиться
SOCAR İtaliyadan Gürcüstana ilk benzin ixracı

SOCAR-ın Gürcüstandakı törəmə şirkəti “SOCAR Georgia Petroleum” “SOCAR Group”a daxil olan “Italiana Petroli” şirkətindən ilk benzin partiyasını idxal edib. 5 min ton həcmində olan benzin Avropa EN 228 standartına uyğundur və SOCAR-a məxsus gəmi ilə Gürcüstana çatdırılıb. Bu, SOCAR-ın 8 may 2026-cı ildə “Italiana Petroli”nin səhmlərinin 99,82 faizini almasını tamamlamasından sonra iki şirkət arasında həyata keçirilən ilk birbaşa kommersiya təchizatıdır. SOCAR bildirir ki, bu əməkdaşlıq Gürcüstanın yanacaq təchizatı mənbələrinin şaxələndirilməsinə və yanacaq təminatının etibarlılığının artırılmasına imkan verəcək. “Italiana Petroli”nin alınması SOCAR-ın Avropadakı fəaliyyətinin genişlənməsində mühüm addım kimi qiymətləndirilir. Şirkətin İsveçrə, Avstriya və Rumıniyada da fəaliyyəti var.

socarbiznessonxəbərxəbərləriqtisadiyyat