Перейти к содержанию
Biznes TV
Рынки
USD/AZN1,70000,00%EUR/AZN1,97290,00%Brent104,76$2,67%Qızıl7 363,900,00%TRY/AZN0,03500,00%Uçot dərəcəsi7,25%0,00%
Экономика

The Economist: Qaz hasilatı 2024-2028-ci illərdə Azərbaycanda iqtisadi artımı təmin edəcək

Biznes TV1 мин чтения
Поделиться
The Economist: Qaz hasilatı 2024-2028-ci illərdə Azərbaycanda iqtisadi artımı təmin edəcək

The Economist: Qaz hasilatı 2024-2028-ci illərdə Azərbaycanda iqtisadi artımı təmin edəcək

Artan qaz hasilatı 2024-28-ci illərdə Azərbaycanda real ümumdaxili məhsul (ÜDM) artımını təmin edəcək.

“Biznes TV” xəbər verir ki, bu barədə “The Economist Group”un araşdırma və təhlil bölməsi olan “Economist Intelligence Unit”in (EIU) ölkə ilə bağlı proqnozunda bildirilib.

EIU hesab edir ki, neftin qiyməti 2028-ci ilə qədər 70 ABŞ dolları/bareldən yuxarı qalacaq. Azərbaycanın orta müddətli artımı qeyri-neft və qaz sektorlarında istehsalın artmasından da faydalanacaq. 2024-28-ci illər üzrə iqtisadi artım proqnozu on illik tarixi orta göstəricidən daha yuxarı olacaq.

“The Economist” ümumilikdə 2024-cü il üzrə Azərbaycanda 2,6%, 2025 və 2026-cı illərdə 2,9%, 2027-ci ildə 3,1% və 2028-ci ildə isə 3,2% iqtisadi artım proqnozlaşdırıb.