Biznes TV Biznes TV
  • Ana səhifə
  • Haqqımızda
    • Haqqımızda
    • Rəhbərlik
    • Struktur
    • Bizi izləyin
  • Xəbərlər
    • İqtisadiyyat
    • Texnologiya
    • Qlobal
    • Siyasi
    • Digər
  • Verilişlər
  • Press reliz
  • Əlaqə
Search the Site
Popular Searches:
iPhone Artificial Intelligence Smartphones
Recent Posts
Ölkədə korporativ yaşıl biznesin idarəedilməsi sistemləri üzrə yeni dövlət standartı qəbul edilib
October 18, 2024
COP29 könüllüləri Xəzər dənizinin Lənkəran sahilində təmizlik aksiyasında iştirak ediblər
September 23, 2024
“FAYDA” İŞ ADAMLARI PLATFORMASI VƏ BİZNES TV-DƏN YENİ TƏŞƏBBÜS
June 18, 2026
ÖZƏL SEKTOR FORUMU KEÇİRİLİB
June 18, 2026
AZƏRBAYCAN DÖVLƏTÇİLİYİNİN XİLASI
June 15, 2026
Biznes TV Biznes TV
  • Ana səhifə
  • Haqqımızda
    • Haqqımızda
    • Rəhbərlik
    • Struktur
    • Bizi izləyin
  • Xəbərlər
    • İqtisadiyyat
    • Texnologiya
    • Qlobal
    • Siyasi
    • Digər
  • Verilişlər
  • Press reliz
  • Əlaqə
Son Xəbərlər
DOLLAR UCUZLAŞIR
June 15, 2026
DÜNYA DİPLOMATİYASINDA TARİXİ GÜN
June 15, 2026
PREZİDENT İLHAM ƏLİYEV DONALD TRAMPI YUBİLEYİ MÜNASİBƏTİLƏ TƏBRİK EDİB
June 15, 2026
Bizi izlə
Canlı yayım
Canlı İzlə
Ana səhifə/İqtisadiyyat/Rüstəm Şahbazov: “İşğaldan azad edilmiş ərazilərdə torpaqlar 2 istiqamətdə idarə ediləcək”
İqtisadiyyatXəbərlər

Rüstəm Şahbazov: “İşğaldan azad edilmiş ərazilərdə torpaqlar 2 istiqamətdə idarə ediləcək”

December 16, 2024

Azərbaycanın işğaldan azad edilmiş ərazilərində torpaqların kadastr informasiya sisteminə inteqrasiyası üzrə işlər tamamlanıb.

“Report” xəbər verir ki, bunu İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin rəis müavini Rüstəm Şahbazov Torpaq Məcəlləsinə edilmiş əlavə və dəyişikliklərlə bağlı keçirilən brifinqdə deyib.

Onun sözlərinə görə, bu il ərzində torpaqların kateqoriyalara aid edilməsi və uçot sisteminin yaradılması üzrə əsas işlər yekunlaşıb.

“Gələn il bəzi ərazilərdə dürüstləşdirmə işləri həyata keçiriləcək. Digər ərazilərdə bu proses tam başa çatıb. Məskunlaşacaq əhalinin torpaq istifadəçisi kimi müəyyən edilməsi prosesi də tamamlanıb”, – deyə R.Şahbazov bildirib.

O əlavə edib ki, Prezidentin müvafiq sərəncamına əsasən, kənd təsərrüfatı torpaqlarının idarə edilməsi və bölgüsü Kənd Təsərrüfatı Nazirliyinə həvalə edilib. Bu çərçivədə işğaldan azad edilmiş ərazilərdə torpaq istifadəçilərinin müəyyənləşdirilməsi və torpaq ehtiyatlarının səmərəli istifadəsi məqsədilə xüsusi işçi qrupu yaradılıb.

R.Şahbazov vurğulayıb ki, torpaq idarəçiliyinə dair yeni yanaşmalar ölkə Prezidentinin 27 noyabr tarixində imzaladığı fərmanla təsdiqlənib. Bu fərmana əsasən, torpaqlar iki istiqamətdə idarə ediləcək: məskunlaşacaq əhali üçün – onlara ən azı 5 hektar sahələr güzəştli şərtlərlə təqdim ediləcək, investisiya məqsədləri üçün – infrastruktur təmin edildikdən sonra torpaqlar investisiya müsabiqələri əsasında icarəyə veriləcək.

“Nazirlər Kabinetinə məskunlaşacaq əhali üçün torpaq istifadəsi qaydalarını təsdiqləmək göstərişi verilib. Torpaqların icarəyə verilməsi prosesi xüsusi komissiya tərəfindən həyata keçiriləcək. Bu komissiyada Əmlak Məsələləri Dövlət Xidmətinin nümayəndələri də təmsil olunacaq”, – Dövlət Xidmətinin rəis müavini deyib.

R. Şahbazov bildirib ki, işğaldan azad edilmiş ərazilərdə əsas məqsəd torpaqların parçalanmasının qarşısını almaq və dayanıqlı kənd təsərrüfatı infrastrukturunu təmin etməkdir: “Planlı və sistemli yanaşma vasitəsilə torpaqların səmərəli istifadəsi təmin olunacaq, məskunlaşacaq əhali üçün uzunmüddətli kənd təsərrüfatı imkanları yaradılacaq”.

Əvvəlki yazı

420 qadın sahibkara 12,5 milyon manat güzəştli kredit verilib

Növbəti yazı

Azərbaycanda 4 bağlanmış bankın əmlakları – HƏRRACA ÇIXARILIR

Related Posts

Press-reliz
“FAYDA” İŞ ADAMLARI PLATFORMASI VƏ BİZNES TV-DƏN YENİ TƏŞƏBBÜS
Biznes TV
By Biznes TV
Press-reliz
ÖZƏL SEKTOR FORUMU KEÇİRİLİB
Biznes TV
By Biznes TV
Press-reliz
AZƏRBAYCAN DÖVLƏTÇİLİYİNİN XİLASI
Biznes TV
By Biznes TV
Qlobal
2026 FIFA DÜNYA KUBOKU
Biznes TV
By Biznes TV
Biznes TV Biznes TV

Biznes TV 2024-cü il, 25 aprel tarixində Sahibkarlar Günündən etibarən fəaliyyətə başlamışdır. İnternet televiziyası olaraq, şirkətlər, sahibkarlar və iş dünyası üçün ən son iqtisadi xəbərlər və biznes analitikası təqdim edən qabaqcıl media platformasıdır.

Son xəbərlər
“FAYDA” İŞ ADAMLARI PLATFORMASI VƏ BİZNES TV-DƏN YENİ TƏŞƏBBÜS
June 18, 2026
ÖZƏL SEKTOR FORUMU KEÇİRİLİB
June 18, 2026
AZƏRBAYCAN DÖVLƏTÇİLİYİNİN XİLASI
June 15, 2026
Abunə Ol
Youtube
Instagram
Tik Tok
Facebook
Linked In
Twitter
Yeniliklərdən xəbərdar olun

Yayımlanan məlumatdan istifadə edən zaman istinad göstərilməsi məcburidir | Bütün hüquqlar qorunur © 2026 Biznes TV