Ana içeriğe geç
Biznes TV
Piyasalar
USD/AZN1,70000,00%EUR/AZN1,94930,00%Brent99,47$6,01%Qızıl7.305,350,00%TRY/AZN0,03490,00%Uçot dərəcəsi7,25%0,00%
Ekonomi

15 SENTYABR BAKI ZƏFƏRİ: 108 İL ƏVVƏL PAYTAXTDA NƏLƏR YAŞANMIŞDI?

Biznes TV1 dk okuma
Paylaş
15 SENTYABR BAKI ZƏFƏRİ: 108 İL ƏVVƏL PAYTAXTDA NƏLƏR YAŞANMIŞDI?

15 SENTYABR – BAKININ AZADLIQ GÜNÜ 108 İL ÖNCƏ NƏ BAŞ VERDİ? SMM: 108 il öncə Bakı uğrunda döyüş. Paytaxt necə azad edildi? 1918-ci il sentyabrın 15-də Qafqaz İslam Ordusu və Azərbaycan Korpusu Bakını işğalçılardan azad edib.Həmin dövrdə Azərbaycan mayın 28-də müstəqilliyini elan etsə də, Bakı və ətraf ərazilər erməni-bolşevik qüvvələrinin nəzarətində idi. Gənc Azərbaycan dövlətinin paytaxtını azad etmək üçün kifayət qədər hərbi gücü yox idi.Bu məqsədlə Osmanlı Türkiyəsi Nuru paşanın komandanlığı ilə hərbi qüvvələrini Azərbaycana göndərdi. Birgə aparılan döyüşlər nəticəsində sentyabrın 15-də Bakı azad edildi.Bundan sonra Azərbaycan Xalq Cümhuriyyəti hökuməti paytaxtı Gəncədən Bakıya köçürdü.Bakının azad edilməsi Azərbaycan tarixinin ən mühüm hadisələrindən biri hesab olunur. Türkiyə sonrakı illərdə də Azərbaycanın yanında olub. Xüsusilə 2020-ci il Vətən müharibəsi zamanı Türkiyənin Azərbaycana siyasi və mənəvi dəstəyi iki ölkə arasındakı qardaşlığın daha bir göstəricisinə çevrildi.Bu gün də Azərbaycan və Türkiyə arasındakı münasibətlər siyasi, iqtisadi və hərbi sahələrdə inkişaf etməkdə davam edir.

azərbaycanbakı