Ana içeriğe geç
Biznes TV
Piyasalar
USD/AZN1,70000,00%EUR/AZN1,97840,00%Brent108,78$7,48%Qızıl7.494,820,00%TRY/AZN0,03510,00%Uçot dərəcəsi7,25%0,00%
Bölgeler

Bakıda COP29-la bağlı təqdimat keçirilib

Biznes TV2 dk okuma
Paylaş
Bakıda COP29-la bağlı təqdimat keçirilib

Kiçik və Orta Biznes Subyektləri və Klublarının Assosiasiyası (KOBSKA) və “Davamlı Gələcək Platforması”nın COP29 çərçivəsində birgə təşkil olunacaq pavilyonunun təqdimat mərasimi keçirilib.

Tədbirin açılışında KOBSKA-nın İdarə Heyətinin sədri Nigar Ələsgərova nitq söyləyib. Ardınca Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin sədr müavini Hikmət Məmmədov, “Davamlı Gələcək Platforması”nın təsisçisi və “Türk Dünyası Kənd Təsərrüfatı Birliyi”nin sədri Doğan Başaran, eləcə də “Agriconnect Türkiye” rəhbəri Havva Olçum çıxış ediblər.

Rəsmi açılış mərasimindən sonra Havva Olçum COP29-da qurulacaq stendin detalları barədə məlumat verərək, sahibkarların KOBSKA və “Davamlı Gələcək Platforması” stendində təmsil olunmaq imkanlarını izah edib.

Daha sonra sahibkarların, media nümayəndələrinin və tədbir iştirakçılarının sualları cavablandırılıb.

Çıxışlar “Trendyol” şirkətinin Korporativ Kommunikasiyalar rəhbəri Süheyla Cəfərova, “İyi Gelecek Sürdürülebilirlik” Konsaltinq şirkətinin təsisçisi Aslı Pasinli, və Prof. Dr. Levent Kurnaz tərəfindən davam etdirilib. Tədbirdə 100-ə yaxın iştirakçı olub. Təqdimatın sonunda çıxışçılar, sahibkarları və media nümayəndələrini gələcəyin formalaşdırılmasında aktiv iştirak etməyə çağırıblar.

Qeyd edək ki, “Trendyol” şirkəti COP29-da qurulacaq stendin baş sponsorudur. Xatırladaq ki, dünyanın ən böyük iqlim sammitlərindən biri olan COP29, 11-22 noyabr tarixlərində ölkəmizdə baş tutacaq.

Benzer içerikler

ELMAR VƏLİYEVƏ MƏXSUS OLDUĞU BİLDİRİLƏN BAZAR SATIŞA ÇIXARILDIİLK HƏRRAC QİYMƏTİ 15,64 MİLYON MANAT
Bölgeler

ELMAR VƏLİYEVƏ MƏXSUS OLDUĞU BİLDİRİLƏN BAZAR SATIŞA ÇIXARILDIİLK HƏRRAC QİYMƏTİ 15,64 MİLYON MANAT

Gəncədə fəaliyyət göstərən “Gəncə Bazar Ticarət Mərkəzi” hərraca çıxarılıb.“Qafqazinfob” xəbər verir ki, obyektin ilkin bazar qiyməti 18 milyon 400 min manat təşkil edir.Avqustun 11-də baş tutacaq ilk hərracda bazarın minimum satış qiyməti 15,640,000 AZN-dir.Bazarın Gəncənin sabiq icra başçısı Elmar Vəliyevə məxsus olduğu bildirilir.Xatırladaq ki, bundan əvvəl Elmar Vəliyevə məxsus 20 hektar ərazidə yerləşən “Grand Qafqaz […]

2 dk okuma
SABİQ NAZİRİN MƏNZİLLƏRİNİ ALAN YOXDUR5-Cİ DƏFƏ 50% ENDİRİMLƏ
Bölgeler

SABİQ NAZİRİN MƏNZİLLƏRİNİ ALAN YOXDUR5-Cİ DƏFƏ 50% ENDİRİMLƏ

SABİQ NAZİRİN MƏNZİLLƏRİNİ ALAN YOXDUR5-Cİ DƏFƏ 50% ENDİRİMLƏHƏRRACA ÇIXARILIR Sabiq əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümovun müsadirə olunan 2 mənzili 5-ci dəfə 50 faiz endirimlə açıq hərrac vasitəsilə satışa çıxarılacaq.Yeniavaz.com xəbər verir ki, Bakı şəhəri, Binəqədi rayonu, Akademik Ziya Bünyadov prospektində yerləşən 61 kvadratmetr və Bakı şəhəri, Yasamal rayonundakı 370 kvadratmetr sahəsi olan […]

2 dk okuma