Ana içeriğe geç
Biznes TV
Piyasalar
USD/AZN1,70000,00%EUR/AZN1,97840,00%Brent107,90$0,25%Qızıl7.494,820,00%TRY/AZN0,03510,00%Uçot dərəcəsi7,25%0,00%
Basın bülteni

Birbilet.az: Azərbaycanda bütün tədbirlər üçün vahid onlayn bilet platforması istifadəyə verildi

Biznes TV2 dk okuma
Paylaş
Birbilet.az: Azərbaycanda bütün tədbirlər üçün vahid onlayn bilet platforması istifadəyə verildi

Konsert, teatr, konfrans, idman və festival biletləri artıq bir ünvanda. Birbilet.az istifadəçilərə sevdikləri tədbirləri kəşf etmək və biletlərini bir neçə kliklə təhlükəsiz əldə etmək imkanı təqdim edir.

Azərbaycanın tədbir bazarında rəqəmsallaşmanı sürətləndirən yeni onlayn bilet platforması Birbilet.az fəaliyyətə başlayıb. Platforma konsertdən konfransa, teatrdan idman yarışlarına və festivallara qədər müxtəlif tədbirləri vahid məkanda birləşdirərək, istifadəçilərə axtarış, seçim və bilet alışını daha sadə, sürətli və etibarlı şəkildə həyata keçirmək imkanı verir.

İstifadəçilər sayta daxil olaraq tədbirləri kateqoriya, tarix və məkan üzrə asanlıqla tapa, sevdikləri tədbiri seçə və biletlərini bir neçə addımda rahat ala bilirlər.

Birbilet.az tədbir təşkilatçıları üçün hazırlanmış eticksystem SaaS platformasının istehlakçıya yönəlik marketplace-idir. Təşkilatçılar tədbirlərini eticksystem üzərində yaradır — oturacaq planlarını dizayn edir, onlayn və nağd ödənişləri qəbul edir, QR kodlu biletlər və sürətli giriş skaneri ilə tədbiri idarə edirlər. Bu tədbirlər avtomatik olaraq Birbilet.az saytında nümayiş olunaraq geniş auditoriyaya çatdırılır. Beləliklə, təşkilatçı peşəkar idarəetmə alətlərini, istifadəçi isə rahat bilet alışını eyni ekosistem daxilində əldə edir.

“Birbilet.az-ı yaradarkən məqsədimiz tədbir iştirakçıları üçün bilet almağı mümkün qədər sadə və etibarlı etmək, təşkilatçılar üçün isə güclü, çevik bir satış kanalı təqdim etmək idi. Bu gün bütün tədbirləri bir platformada birləşdirməklə bu hədəfə daha da yaxınlaşırıq,” – deyə, Birbilet.az-ın direktoru Əziz Məmmədov bildirib.

bakıxəbərlər

Benzer içerikler

KİMLƏR DAHA ÇOX YARARLANIB?73 MİN NƏFƏR İPOTEKA KREDİTİ ALDISMm: 5,4 milyard manatlıq ipoteka krediti verilib
Ekonomi

KİMLƏR DAHA ÇOX YARARLANIB?73 MİN NƏFƏR İPOTEKA KREDİTİ ALDISMm: 5,4 milyard manatlıq ipoteka krediti verilib

Bu günə qədər Azərbaycanda 73,4 min nəfərə ümumilikdə 5,4 milyard manat ipoteka krediti verilib.Bu barədə İpoteka və Kredit Zəmanət Fondundan məlumat verilib. Bildirilub ki,verilən ipoteka kreditlərinin80 faizi dövlət xətti ilə, yəni İpoteka və Kredit Zəmanət Fondunun vəsaiti hesabına,20 faizi isə bankların öz daxili ipoteka proqramları çərçivəsində ayrılıb.Azərbaycan Mərkəzi Bankının statistikasına əsasən, hazırda bankların kredit portfelinin […]

2 dk okuma
GÜRCÜSTANA GEDƏNLƏRƏ XOŞ XƏBƏRBAKI–TBİLİSİ–BAKI QATARLARINA ƏLAVƏ VAQONLAR QOŞULACAQ
Ekonomi

GÜRCÜSTANA GEDƏNLƏRƏ XOŞ XƏBƏRBAKI–TBİLİSİ–BAKI QATARLARINA ƏLAVƏ VAQONLAR QOŞULACAQ

Bakı–Tbilisi–Bakı beynəlxalq marşrutu üzrə qatarların sərnişin tutumu təqribən 120 faiz artırılıb.Bu barədə “Azərbaycan Dəmir Yolları” QSC məlumat yayıb.Bildirilib ki, marşrut üzrə qatarların tərkibinə mərhələli şəkildə 2 komfort və 5 standart+ sinif vaqon əlavə olunub. Bununla da vaqon-restoran nəzərə alınmadan sərnişin vaqonlarının sayı 6-dan 13-ə, sərnişin tutumu isə 178 yerdən 386 yerə çatdırılıb.Məlumata görə, indiyədək Bakı–Tbilisi–Bakı […]

1 dk okuma