Ana içeriğe geç
Biznes TV
Piyasalar
USD/AZN1,70000,00%EUR/AZN1,97840,00%Brent108,29$0,61%Qızıl7.494,820,00%TRY/AZN0,03510,00%Uçot dərəcəsi7,25%0,00%
Dünya

“FIFA 2026”DA PUL YAĞIŞI

Biznes TV2 dk okuma
Paylaş
“FIFA 2026”DA PUL YAĞIŞI

“FIFA 2026”DA PUL YAĞIŞI MÜKAFAT FONDU 727 MİLYON DOLLAR OLACAQ

FIFA 2026-cı ildə keçiriləcək futbol üzrə dünya çempionatının ümumi mükafat fondu 727 milyon ABŞ dolları təşkil edəcək.Bu məbləğin 655 milyon dolları turnirdə iştirak edəcək 48 milli komanda arasında bölünəcək ki, bu da əvvəlki mundialla müqayisədə təxminən 50 faiz çoxdur. Mükafatların bölgüsü belədir.

1-ci yer – 50 milyon dollar

2-ci yer – 33 milyon dollar

3-cü yer – 29 milyon dollar

4-cü yer – 27 milyon dollar

5–8-ci yerlər – 19 milyon dollar

9–16-cı yerlər – 15 milyon dollar

17–32-ci yerlər – 11 milyon dollar

33–48-ci yerlər – 9 milyon dollar

Bundan əlavə, final mərhələsinə vəsiqə qazanan hər bir yığmaya hazırlıq xərclərinin qarşılanması üçün 1,5 milyon dollar ayrılacaq. Beləliklə, mundialın bütün iştirakçıları minimum 10,5 milyon dollar gəlir əldə edəcəyi dəqiqləşib.