Ana içeriğe geç
Biznes TV
Piyasalar
USD/AZN1,70000,00%EUR/AZN1,96610,00%Brent106,84$2,13%Qızıl7.360,300,00%TRY/AZN0,03500,00%Uçot dərəcəsi7,25%0,00%
Ekonomi

Məşhur turizm şirkətinin rəhbəri həbs olundu: 1 milyon manatlıq dələduzluq ittihamı

Biznes TV1 dk okuma
Paylaş
Məşhur turizm şirkətinin rəhbəri həbs olundu: 1 milyon manatlıq dələduzluq ittihamı

Azərbaycanın ən böyük turizm şirkətlərindən biri olan “Flyblast”ın rəhbəri Rövşən Abdullayev Polşada həbs edilib.“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, şirkət rəhbərinin həbsinə səbəb Azərbaycan tərəfdən axtarışa verilməsidir.Rövşən Abdullayev şirkətə müraciət edən müştərilərin 1 milyon manata yaxın pulunu dələduzluq yolu ilə ələ keçirməkdə ittiham olunur. 100-ə yaxın əməkdaşı olan “Flyblast Agency Travel” aviabilet satışı, turpaketlər, xarici və daxili turlar, viza dəstəyi, transfer və müxtəlif turizm xidmətləri ilə məşğul olub. Lakin xidmətlər göstərilən zaman bir neçə vətəndaş aldadılıb.Abdullayevə qarşı Cinsyət Məcəlləsinin xüsusilə külli miqdarda dələduzluq və vəzifə səlahiyyətlərindən sui-istifadə maddələri ilə cinayət işi başlanılıb, ölkədə olmadığı üçün barəsində qiyabi həbs qətimkan tədbiri seçilib. Şirkət isə fəaliyyətini dayandırıb.Ən son məlumata görə, o artıq Polşada həbs edilib. Hazırda ekstradisiya edilməsi üçün işlər aparılır. Gələcəkdə təqsiri sübuta yetirilsə, zərərçəkmişlərə dəymiş ziyan ödənilmədiyi halda onu 14 ilə kimi həbs gözləyir.Qeyd edək ki, bundan əvvəl daha bir məşhur şirkət “AİD Group”da qanun pozuntuları üzə çıxıb. Faktla bağlı şirkətin rəhbərləri Nigar Fərhhad və əri Samir Yəhyazadə istintaqa cəlb edilib

dələduzluqxəbərlərbiznesturizmturizmşirkətidələduz