Ana içeriğe geç
Biznes TV
Piyasalar
USD/AZN1,70000,00%EUR/AZN1,97630,00%Brent99,24$1,35%Qızıl7.541,610,00%TRY/AZN0,03510,00%Uçot dərəcəsi7,25%0,00%
Ekonomi

“OBA Market” MMC vergi forumunda mükafatlandırıldı

Biznes TV2 dk okuma
Paylaş
“OBA Market” MMC vergi forumunda mükafatlandırıldı
Arxiv şəkli — orijinal foto mənbədə mövcud deyil

İqtisadiyyat Nazirliyində “Vergi xidməti – 25: Davamlı inkişaf və effektiv transformasiya” mövzusunda Forum keçirilib. Tədbirdə dövlət qurumlarının nümayəndələri, millət vəkilləri, sahibkarların ictimai birliklərinin təmsilçiləri, ekspertlər və iş adamları iştirak ediblər.

Forum çərçivəsində “OBA Market” MMC “Ticarət sahəsi üzrə məşğulluğun inkişafına töhfə verən” nominasiyası ilə təltif olunub. Mükafatı “OBA” marketlər şəbəkəsinin İdarə Heyətinin sədri Natəvan İbrahimovaya İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəisi Orxan Nəzərli təqdim edib.

Natəvan İbrahimova çıxışında bu mükafatın məşğulluğa dəstək yönündə atılan addımların daha da genişləndirilməsinə stimul verdiyini vurğulayıb:

“OBA” marketlər şəbəkəsi olaraq daima məşğulluğa dəstək, kadrların inkişafı, xüsusilə də regionlarda bu sahədə irəliləyişin təmin edilməsi fəaliyyətimizin əsas prioritetlərindəndir. Təkcə ötən il ərzində 2 min insanı işlə təmin etməyimiz buna bariz nümunədir.”

“OBA Market” şəbəkəsi ölkədə məşğulluğun artırılması və ticarət sektorunun inkişafına töhfə verməyə davam edir.