TRAMPIN BƏYANATINDAN SONRA GƏRGİNLİK
HÖRMÜZ BOĞAZINDA GƏMİLƏRİN HƏRƏKƏTİ DAYANDI
Hörmüz boğazında gəmi hərəkəti demək olar ki, tamamilə dayanıb .Bloomberg
agentliyinin məlumatına görə,
mayın 3-də ABŞ prezidenti Donald Trump Vaşinqtonun münaqişənin nizamlanması ilə bağlı təkliflərinə İranın cavabını qəbul etməsinin çətin olduğunu bəyan edib. Onun sözlərinə görə, Tehran “kifayət qədər yüksək qiymət ödəməyib”.Şənbə günü dəniz dəhlizindən hər iki istiqamətdə cəmi 9 gəmi istifadə edib. Bazar günü isə Bloomberg yalnız iki İran kommersiya gəmisinin boğazdan keçdiyini qeydə alıb. Agentlik eyni zamanda qeyd edir ki, son həftələrdə bir çox gəmilər təhlükəsizlik səbəblərindən Hörmüz boğazından avtomatik identifikasiya sistemləri söndürülmüş vəziyyətdə keçirlər.
Mütəxəssislər hesab edirlər ki, boğazda hərəkətin kəskin azalması qlobal enerji bazarlarına və regional təhlükəsizlik vəziyyətinə ciddi təsir göstərə bilər.




