1 İL İŞLƏMƏDİ, AMMA MAAŞ ALDI
ŞİRKƏTDƏKİ BOŞLUQLARI BELƏ ORTAYA ÇIXARDI
Londonda bir proqram təminatı şirkətində işləyən Leyla Kazim işində dəyişiklikdən sonra vəzifəsinin artıq vacib olmadığını görür. O, maraqlı bir şey yoxlamaq qərarına gəlir — işləməsə, bunu nə vaxt fərq edəcəklər?Nəticədə Leyla demək olar ki, 1 il ərzində heç bir real iş görmür, amma maaş almağa davam edir və bunu heç kim hiss etmir.Kazim görüntü yaratmaq üçün monitorunda rəqəmlərlə dolu cədvəllər saxlayıb, həftədə bir neçə e-mail göndərib və iclaslardan əvvəl hazır məlumatları slayd şəklinə salaraq təqdim edib.Bu müddətdə o, şəxsi planları ilə məşğul olub, səyahətlər təşkil edib. Sonda isə bu təcrübə şirkətin idarəetməsində ciddi boşluqların olduğunu üzə çıxarıb.




