25 İLƏDƏK HƏBS OLUNA BİLƏRLƏR
MİLYONLARLA SAXTA AVRO HAZIRLAYAN ŞƏBƏKƏ İFŞA OLUNDU
Polşada 360 milyon avro dəyərində saxta banknotların istehsalının qarşısı alınıb.
Oxu.Az xəbər verir ki, bu barədə ölkənin Daxili Təhlükəsizlik Agentliyi məlumat yayıb. Bildirilib ki, keçirilən əməliyyatla mütəşəkkil cinayətkar qrup ifşa olunub. Qeyd olunub ki, saxta pulların bir qisminin Ukrayna bazarlarında reallaşdırılması nəzərdə tutulubmuş.
Agentliyin əməkdaşları dörd şübhəli şəxsi saxlayıblar.
Hadisə yerindən təxminən üç ton xüsusi kağız, mühafizə nişanlarının detalları və saxta pulların keyfiyyətini yoxlamaq məqsədilə istifadə edilən sınaq əskinasları götürülüb.Məlumata görə iş üzrə təqsirləndirilən şəxsləri 25 ilə qədər azadlıqdan məhrumetmə cəzası gözləyir. https://oxu.az/dunya/polsada-milyonlarla-saxta-avro-hazirlayan-boyuk-sebeke-ifsa-olundu-foto




