20 MANATLIQ DÖVLƏT RÜSUMU LƏĞV OLUNDU
QANUNVERİCİLİYƏ MÜVAFİQ DƏYİŞİKLİK EDİLİB
Qaz qurğularının xəritələrindən istifadəyə görə 20 manatlıq dövlət rüsumu ləğv ediləcək. Bu, “Dövlət rüsumu haqqında” qanunda dəyişiklik edilməsi barədə layihədə öz əksini tapıb. Belə ki, yeni “Qaz təchizatı haqqında” qanunda ləğv edilən 30 iyun 1998-ci il tarixli qanundan fərqli olaraq qaz qurğularının xəritələrinin dövlət rüsumu ödəməklə sifarişçilərə verilməsi müddəası nəzərdə tutulmur. Buna görə də “Dövlət rüsumu haqqında” qanunda müvafiq dəyişiklik edilir. Qanun layihəsi Milli Məclisdə müzakirələrdən sonra səsverməyə çıxarılaraq bir oxunuşda qəbul edilib.

