AZƏRBAYCAN YARIMİLDƏ 1 MİLYARD MANATA YAXIN BORC QAYTARIBDAXİLİ VƏ XARİCİ DÖVLƏT BORCUNA ÖDƏNİŞLƏR AÇIQLANDI
2026-cı ilin I yarısında Azərbaycanda dövlət büdcəsi xərclərinin 5,6 %-i və yaxud 944,8 milyon manatı dövlət borcuna və öhdəliklərinə xidmətlə bağlı xərclər olub.”Report” Maliyyə Nazirliyinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 8,05 % azdır.Yarım il ərzində daxili dövlət borcu üzrə 275,9 milyon manat , xarici dövlət borcu üzrə 668,9 milyon manat olmaqla ödənilib.
Xatırladaq ki, 2026- cı il büdcədə borc və öhdəliklərə xidmət üçün 2 milyard 457,6 milyon manat vəsait nəzərdə tutulub.

