2,6 MİLYARD DOLLARLIQ LAYİHƏ
9 YENİ METRO STANSİYASI TİKİLƏ BİLƏR
Asiya İnkişaf Bankı Bakıda metro şəbəkəsinin genişləndirilməsi üçün 850 milyon dollar dəyərində layihəni nəzərdən keçirir. “Report” bu barədə ADB-yə istinadən xəbər verir. Layihəyə əsasən, Bakı Metropoliteni yeni 20 km tunel, 9 stansiya və 2 depo tikməyi, həmçinin 300 vaqon almağı planlaşdırır. Ümumi dəyəri 2,6 milyard dollar olan bu layihə sərnişin sıxlığını azaltmaq və metro xidmətlərini yaxşılaşdırmaq məqsədi daşıyır.Gözlənilir ki, genişləndirmə nəticəsində metronun illik sərnişin daşıma qabiliyyəti 25 milyon nəfər artacaq. Bu artım əsasən qatarlararası intervalın 2 dəqiqədən 1 dəqiqə 45 saniyəyə endirilməsi hesabına təmin olunacaq.Layihənin təsdiqi 2027-ci ilin avqustuna planlaşdırılır.




