3 SAATLIQ YOL Aİ-NİN DİQQƏTİNİ ÇƏKDİ
NAXÇIVAN DƏMİR YOLU BƏRPA OLUNACAQ?
Avropa İttifaqı Naxçıvanda dəmir yolu infrastrukturunun bərpasını Azərbaycandakı əsas investisiya layihələrindən biri kimi nəzərdən keçirir. “Report”xəbər verir ki, bu barədə Aİ-nin Azərbaycandakı nümayəndəliyinin əməkdaşlıq şöbəsinin rəhbəri Viktor Bojkov brifinq zamanı bildirib.
Onun sözlərinə görə, vaxtilə Bakıdan, Xəzər dənizi sahilindən Qara dənizə qədər bağlantını təmin etmiş bu dəmir yolu xətti uzun müddət baxımsız vəziyyətdə qalmışdı.O bildirib ki, bu yaxınlarda Naxçıvana səfər edib və bir qrup ekspertlə birlikdə Culfa-Naxçıvan marşrutu üzrə dəmir yolu hissəsinə baxış keçirib.Təxminən 20 kilometr yolu qət etmək üçün üç saata yaxın vaxt lazım oldu”, – deyə o qeyd edib.Aİ nümayəndəsinin sözlərinə görə, mütəxəssislər hazırda xəttin texniki vəziyyətini, tələb olunan investisiyaların həcmini, mümkün bərpa mexanizmlərini və layihənin təxmini dəyərini təhlil edirlər.Naxçıvan dəmir yolunun bərpası layihəsi milli əhəmiyyət daşıyır və prioritet investisiya istiqamətlərindən biri kimi nəzərdən keçirilir. İlkin qiymətləndirmələrə görə, layihənin dəyərinin təxminən 1 milyard ABŞ dolları ətrafında ola biləcəyi ehtimal olunur.




