Biznes TV Biznes TV
  • Ana səhifə
  • Haqqımızda
    • Haqqımızda
    • Rəhbərlik
    • Struktur
    • Bizi izləyin
  • Xəbərlər
    • İqtisadiyyat
    • Texnologiya
    • Qlobal
    • Siyasi
    • Digər
  • Verilişlər
  • Press reliz
  • Əlaqə
Search the Site
Popular Searches:
iPhone Artificial Intelligence Smartphones
Recent Posts
Ölkədə korporativ yaşıl biznesin idarəedilməsi sistemləri üzrə yeni dövlət standartı qəbul edilib
October 18, 2024
COP29 könüllüləri Xəzər dənizinin Lənkəran sahilində təmizlik aksiyasında iştirak ediblər
September 23, 2024
“FAYDA” İŞ ADAMLARI PLATFORMASI VƏ BİZNES TV-DƏN YENİ TƏŞƏBBÜS
June 18, 2026
ÖZƏL SEKTOR FORUMU KEÇİRİLİB
June 18, 2026
AZƏRBAYCAN DÖVLƏTÇİLİYİNİN XİLASI
June 15, 2026
Biznes TV Biznes TV
  • Ana səhifə
  • Haqqımızda
    • Haqqımızda
    • Rəhbərlik
    • Struktur
    • Bizi izləyin
  • Xəbərlər
    • İqtisadiyyat
    • Texnologiya
    • Qlobal
    • Siyasi
    • Digər
  • Verilişlər
  • Press reliz
  • Əlaqə
Son Xəbərlər
DOLLAR UCUZLAŞIR
June 15, 2026
DÜNYA DİPLOMATİYASINDA TARİXİ GÜN
June 15, 2026
PREZİDENT İLHAM ƏLİYEV DONALD TRAMPI YUBİLEYİ MÜNASİBƏTİLƏ TƏBRİK EDİB
June 15, 2026
Bizi izlə
Canlı yayım
Canlı İzlə
Ana səhifə/İqtisadiyyat/“S&P”: 2027-ci ilə qədər Azərbaycanda neft hasilatı sutkada 0,6 milyon barel olacaq
İqtisadiyyatXəbərlər

“S&P”: 2027-ci ilə qədər Azərbaycanda neft hasilatı sutkada 0,6 milyon barel olacaq

December 7, 2024

BİznesTV xəbər verir ki, “S&P Global Ratings” agentliyinin məlumatına əsasən, Azərbaycanda neft hasilatı (qaz kondensatı da daxil olmaqla) 2027-ci ilə qədər orta hesabla gündəlik 0,58 milyon barel səviyyəsində sabit qalacaq. Bununla belə, əsas yataqların, xüsusilə “Azəri-Çıraq-Günəşli”nin köhnəlməsi səbəbindən son illərdə hasilatda azalma müşahidə olunub. 2019-cu ildə 0,79 milyon barel olan gündəlik hasilat 2023-cü ildə 0,65 milyon barelə enib və 2024-cü ildə də bu səviyyəyə yaxın qalması gözlənilir.

Agentlik bildirir ki, bəzi yataqlarda əlavə investisiyalar azalma sürətini yavaşlatsa da, uzunmüddətli perspektivdə hasilatın azalması qaçılmazdır. Bununla yanaşı, kommersiya qaz hasilatının ildə 36-37 milyard kubmetr səviyyəsində sabitləşəcəyi proqnozlaşdırılır.

“S&P” əlavə edir ki, Azərbaycanda qaz hasilatını artırmaq üçün bir neçə layihə nəzərdə tutulur. Bunlar “Abşeron” yatağının ikinci mərhələsi, AÇG-nin dərin qatları, “Ümid”, “Babək” və “Qarabağ” yataqlarının işlənməsini əhatə edir. Lakin bu layihələrin həyata keçirilməsi bir neçə il çəkə bilər.

Eyni zamanda, Avropaya qaz ixracının artırılması üçün boru kəməri infrastrukturunun genişləndirilməsi tələb olunur. Bu, Azərbaycan ilə Avropa arasında uzunmüddətli razılaşmalardan asılıdır.

Agentlik vurğulayıb ki, Azərbaycan hökuməti bərpa olunan enerji mənbələrinin inkişafını fəal təşviq edir. Günəş, külək və hidroenerji layihələri ilə yanaşı, Xəzər regionundan Macarıstan və Rumıniyaya “yaşıl enerji” ixracı üçün Qara dənizin dibi ilə enerji kabelinin çəkilməsi planlaşdırılır.

Əvvəlki yazı

Azərbaycanda kənd təsərrüfatı heyvanlarının sığortalanması tarifi azaldılıb

Növbəti yazı

BYD qlobal satışlarda Ford və Honda-nı geridə qoymağa hazırlaşır

Related Posts

Press-reliz
“FAYDA” İŞ ADAMLARI PLATFORMASI VƏ BİZNES TV-DƏN YENİ TƏŞƏBBÜS
Biznes TV
By Biznes TV
Press-reliz
ÖZƏL SEKTOR FORUMU KEÇİRİLİB
Biznes TV
By Biznes TV
Press-reliz
AZƏRBAYCAN DÖVLƏTÇİLİYİNİN XİLASI
Biznes TV
By Biznes TV
Qlobal
2026 FIFA DÜNYA KUBOKU
Biznes TV
By Biznes TV
Biznes TV Biznes TV

Biznes TV 2024-cü il, 25 aprel tarixində Sahibkarlar Günündən etibarən fəaliyyətə başlamışdır. İnternet televiziyası olaraq, şirkətlər, sahibkarlar və iş dünyası üçün ən son iqtisadi xəbərlər və biznes analitikası təqdim edən qabaqcıl media platformasıdır.

Son xəbərlər
“FAYDA” İŞ ADAMLARI PLATFORMASI VƏ BİZNES TV-DƏN YENİ TƏŞƏBBÜS
June 18, 2026
ÖZƏL SEKTOR FORUMU KEÇİRİLİB
June 18, 2026
AZƏRBAYCAN DÖVLƏTÇİLİYİNİN XİLASI
June 15, 2026
Abunə Ol
Youtube
Instagram
Tik Tok
Facebook
Linked In
Twitter
Yeniliklərdən xəbərdar olun

Yayımlanan məlumatdan istifadə edən zaman istinad göstərilməsi məcburidir | Bütün hüquqlar qorunur © 2026 Biznes TV