678 MİLYON MANAT GÜZƏŞTLİ KREDİT VERİLDİ AZƏRBAYCAN SAHİBKARLARINA DƏSTƏK
Azərbaycan sahibkarlarına güzəştli şərtlərlə 678 milyon manat kredit verilib. Bunun 124 milyon manatı bu ilin yanvar-noyabr aylarının payına düşüb.İpoteka və Kredit Zəmanət Fondunun zəmanət və subsidiyası ilə maliyyələşdirilən layihələr çərçivəsində isə 6 mindən çox yeni iş yerinin yaradılması nəzərdə tutulur.Qeyd edək ki, 2017-ci ildən ölkədə ilk dəfə sahibkarların manatla aldıqları kreditlərə zəmanət və həmin kreditlər üzrə faiz subsidiyalarının verilməsinə başlanılıb.




