“LUKOİL”İN TƏSİSÇİSİ ŞİRKƏTƏDKİ PAYINI SATDI QİYMƏT 7 MİLYARD DOLLARA ÇATA BİLƏR
“Lukoil” neft şirkətində diqqətçəkən dəyişiklik baş verib. Şirkətin təsisçilərindən biri olan və uzun illər rəhbərlikdə mühüm fiqur kimi tanınan Leonid Fedun şirkətdəki payını satıb. Məlumata görə, “Lukoil” Feduna məxsus təxminən 10%-lik payı geri alıb.İlkin hesablamalara əsasən, bazar qiymətləri ilə bu paket 7 milyard dollara qədər dəyərləndirilir. Bununla belə, sövdələşmənin hansı məbləğə başa gəldiyi hələ də açıqlanmayıb.




