YENİ 50 MANAT DÖVRİYYƏYƏ BURAXILDI
YENİ 50 MANAT DÖVRİYYƏYƏ BURAXILDI
KÖHNƏSİNDƏN FƏRQİ NƏDİR?
Azərbaycanda yeni 50 manatlar dövriyyəyə buraxılıb. Mərkəzi Bankının sədri Taleh Kazımovun imzasının əks olunduğu yenilənən 50 manatlıq kağız pul nişanları 25 dekabr 2025-ci ildən tədavülə buraxılır. Mərkəzi Bankın məlumatına görə , imza pul nişanının ön tərəfindən sol yuxarı küncdə təsvir edilib. Kağız pul nişanının üzərində həmçinin “2025” istehsal ili əks olunub. Yenilənən 50 manatlıq əsginasın digər dizayn elementləri və texniki parametrləri hazırda tədavüldə olan eyni nominallı kağız pul nişanına müvafiq olaraq dəyişməz saxlanılıb. Qeyd edək ki, yenilənən 50 manatlıq kağız pul nişanı hazırda tədavüldə olan eyni nominallı pul nişanları ilə paralel olaraq dövriyyədə olacaq.




